“Olimpiya hərəkatı” adlı yeni idman proqramı start götürür FOTO

01.12.2015 | 2304 dəfə oxunub

Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya partnyoru olan “Coca-Cola” şirkəti Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə “Olimpiya hərəkatı” adlı yeni idman proqramı icra ediləcək.

MOK-un mətbuat xidmətindən azərtac-a bildiriblər ki, proqramın əsas məqsədi “Bakı-2015” ilk Avropa Oyunlarının sosial və idman irsini davam etdirərək şagirdləri yüngül atletika, veloidman, basketbol 3x3 və badminton üzrə keçiriləcək məktəb və şəhər yarışlarına cəlb etməkdir. Həmçinin şagirdlərə sağlam və fəal həyat tərzini, Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir. “Olimpiya hərəkatı” proqramı uşaqları müntəzəm şəkildə fiziki fəaliyyətə cəlb etməklə onların valideynlərinin də aktivliyinin artırılmasına xidmət edir.

İlk dəfə 2003-cü ildə Niderlandda həyata keçirilmiş “Olimpiya hərəkatı” proqramı genişlənərək digər ölkələri əhatə edib. Azərbaycan “Olimpiya hərəkatı” proqramının icra olunduğu beşinci ölkədir. Proqramın əsas hədəf qrupu Bakının 400-dək orta ümumtəhsil məktəbində təhsil alan 12-16 yaşlı şagirdlərdir. “Olimpiya hərəkatı”nın icrasını müvafiq idman növləri üzrə fəaliyyət göstərən milli idman federasiyaları da dəstəkləyir. Məktəbdaxili yarışlarla başlayan proqram Bakının rayonları üzrə davam edəcək və gələn ilin əvvəlində “Bakı-2015”in yarış obyektlərindən birində təşkil olunacaq final və idman festivalı ilə başa çatacaq.

Proqramın xüsusi hazırlanmış “Facebook”, “Instagram” və “YouTube” səhifələrində onun icrası, həmçinin məktəblilər arasında idman, sağlam və fəal həyat tərzi təşviq ediləcək.

“Olimpiya hərəkatı” və məktəblilərin Bakı birinciliyi haqqında ətraflı məlumat dekabrın ortalarında Milli Olimpiya Komitəsinin inzibati binasında təşkil ediləcək geniş mətbuat konfransında açıqlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail