Paralimpiyaçı cüdoçularımızın Avropa çempionatında uğuru

01.12.2015 | 2573 dəfə oxunub

Azərbaycanın cüdo üzrə paralimpiya komandası Portuqaliyada Avropa çempionatında uğurla çıxış edib, üç qızıl, üç gümüş və iki bürünc medal, eyni zamanda 2016-cı ilin Paraolimpiya Oyunlarında lisenziyalar qazanıb.

Stadium.az Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, yığmamızın lideri İlham Zəkiyev (100 kq-dan yuxarı) qitə çempionatında altıncı dəfə qalib gələrək, karyerasında böyük uğura imza atıb. İkiqat paralimpiya çempionu Bakıda Avropa Oyunlarında qazandığı qələbənin ardınca Portuqaliyada daha bir qızıl medalın sahibi olub. O, yarımfinal mərhələsində britaniyalı Cek Hocsonu məğlub edib, finalda isə rusiyalı Qaydar Qaydarovdan üstün olub.

Bayram Mustafayev (66 kq) və Ramin Qasımov (73 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. B.Mustafayev əvvəlcə İspaniya təmsilçisi Daniel Qavilanı, sonra rusiyalı Viktor Rudenkonu, finalda isə Rusiyanın daha bir təmsilçisi David Xoravı məğlubiyyətə uğradıb. R.Qasımov Alvaro Lorensoya (İspaniya), Sergey Kotenkoya (Ukrayna) , həlledici görüşdə isə Dmitri Solovyova (Ukrayna) qalib gəlib.

2012-ci il Paralimpiya Oyunlarının qalibi Ramin İbrahimov (62 kq) və Rövşən Səfərov (82 kq) gümüş medal qazanıblar. Ramin start görüşündə Zaur Cəbrayılova (Rusiya), sonra Rəcəb Çiftçiyə (Türkiyə) qalib gəlsə də, finalda Vitali Koryakinə (Rusiya) uduzub. Rövşən isə Valeri Teodorini (İtaliya) Siril Yonardı (Fransa) mübarizədən uzaqlaşdırsa da, həlledici görüşdə Ukrayna təmsilçisi Aleksandr Kostinova uduzub.

Yarımfinal mərhələsində Rusiya təmsilçisi Malik Qurbanova uduzan Kənan Abdullaxanlı (100 kq) bürünc medal uğrunda mübarizəni davam etdirib. O, İspaniya təmsilçisi İniqo Herbolesə qalib gələrək, Fəxri kürsüdə yerini təmin edib, habelə Paraolimpiya Oyunlarına lisenziya qazanıb. Qeyd edək ki, minimum vəzifəni yerinə yetirən İlham Zəkiyev, Bayram Mustafayev və Ramin İbrahimov da 2016-cı ilin Oyunlarına vəsiqə qazanıblar.

Azərbaycan komandası qadınların birinciliyində də uğurla çıxış edib. Əvvəlcə Gülxan Kılıc (Türkiyə), Yelena Boqdanovaya (Rusiya) qalib gələn Səbinə Abdullayeva (57 kq) finalda ukraynalı İnna Çernyaka məğlub olub. Afaq Sultanova 63 kq-dək çəki dərəcəsində bürünc medal qazanıb.

Azərbaycan yığması ümumi hesabda üçüncü yeri tutub. Birinci və ikinci yerləri Rusiya və Ukrayna komandaları bölüşüblər.

Paralimpiyaçı cüdoçularımız üçün Portuqaliya çempionatı 2016-cı ildə Reo-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunları ərəfəsində sonuncu reytinq turniri olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail