Gözlənilən istefa baş verdi

30.11.2015 | 2430 dəfə oxunub

İspaniya La Liqasının 13-cü turunda səfərdə "Sevilya"ya məğlub olan (0:1) "Valensiya"nın baş məşqçisi Nuno Eşpirito Santo tutduğu postdan istefa verib.

 

Stadium.az xəbər verir ki, İspaniyanın "Marka" qəzetinin yaydığı məlumata görə, 41 yaşlı mütəxəssis istefa ərizəsini klub rəhbərliyinə bazar günü səhər təqdim edib. "Sevilya"ya məğlubiyyətdən sonra isə mətbuat konfransında bu qərarını jurnalistlərə çatdırıb.

Hazırda hesabında 19 xal olan "Valensiya" 9-cu pillədə qərarlaşıb. Portuqaliyalı mütəxəssis 2014-cü ilin yayından “Yarasalar”ı çalışdırırdı. Onun rəhbərliyi altında “Valensiya” ötən mövsümü 4-cü pillədə başa vurmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail