Filip Qautheron: "Gülhüseyn Abdullayev böyük perspektiv vəd edən pilotdur"

30.11.2015 | 2459 dəfə oxunub

“Campos” az sayda komandalardandır ki, həm GP2, həm də GP3 yarışlarında çıxış edir. Bu yarışlarda iştirak “Formula-1”in başlanğıcı hesab olunur.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Barselonanın “Campos” komandasının texniki direktoru Filip Qautheron deyib.

F.Qautheron bildirib: “Komandamıza yeni qoşulmuş azərbaycanlı pilot Gülhüseyn Abdullayev çox istedadlı və yüksək sürət nümayiş etdirən gəncdir. İdmançının bizim komandaya qoşulması qısa vaxt olsa da ona böyük ümidlər bəsləyirik. Gülhüseyn Abdullayev GP3 yarışlarında çıxış edəcək. Həmçinin biz onu “Formula-3” yarışlarına da hazırlayırıq. Qarşıda onu ciddi hazırlıq mərhələsi gözləyir. Biz onun üçün xüsusi proqram hazırlamışıq. İnanıram ki, o, böyük nailiyyətlər qazana biləcək”.

Mütəxəssis vurğulayıb ki, Gülhüseyn Abdullayev GP3 yarışlarında böyük təcrübəyə malik pilotlarla eyni nəticələr göstərir. Həmyerliniz böyük perspektiv vəd edən idmançıdır. Gənc pilotla tanışlığımız bir neçə ay əvvəl Valensiya yaxınlığında təşkil olunan yarışda oldu. Həmin turnirdə onun göstəriciləri yüksək olduğu üçün biz onunla maraqlandıq və komandamıza cəlb etdik.

Qeyd edək ki, irimiqyaslı turnirlərin mükafatçısı olan “Campos” komandasının “Formula-1” yarışlarında bir çox yetirmələri var. Bunlar arasında Fernando Alonso və Serxio Peres də var.

azərtac



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail