Orxan Səfərov Qran-Prinin bürünc medalını qazanıb

26.11.2015 | 2706 dəfə oxunub

Koreya Respublikasının Jeju şəhərində keçirilən Qran-Pri yarışının ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.

Stadium.az xəbər verir ki, milli komandamızın üzvü Orxan Səfərovun turnirin bürünc medalını qazanıb. 60 kq çəki dərəcəsində yarışan cüdoçumuz Qran-Priyə Tayvan təmsilçisi Yunq Vey Yanq və ispaniyalı Fransisko Harriqosa üzərində qələbə ilə başlayıb.

Səfərov daha sonra komanda yoldaşı İlqar Müşkiyevlə qarşılaşıb. Müşkiyev isə buna qədər Belçika cüdoçusu Senne Uins və Valide Hyarı mübarizədən kənarlaşdırıb. Cüdoçularımızın duelindən Səfərov qalib ayrılıb. Yarımfinalda təmsilçisi Boldbatar Hanbata (Monqolustan) uduzan idmançımız bürünc medal uğrunda döyüşdə Venesuela təmsilçisi Havyer Quedsədən güclü olub. Mükiyev isə təsəlliverici görüşdə Braziliya cüdoçusu Erik Takabataka məğlub olub.

Digər təmsilçimiz, 66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə mübarizəyə ikinci turdan, Belçika idmançısı Kennet van Qensbeki məğlub edərək qoşulub. Daha sonra o, macarıstanlı Bens Zamboriyə qalib gəlib. Dörddəbir finalda Qazaxıstan təmsilçisi Azamat Mukanova qarşı görüşdə Şıxəlizadə rəqibindən üstün olsa da ciddi zədələnib. Görüşü zədəli olaraq davam etdirən Nicat yarımfinala çıxa bilməyib. Buna görə də, cüdoçumuz təsəlliverici görüşə də qatılmayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail