Klubunda “at oynadıb”, milli formaya həsrət qalanlar

25.11.2015 | 2498 dəfə oxunub

Hər bir yeniyetmə futbolçunun gələcək üçün iki ən böyük arzusu olur - böyük klublarda oynamaq və milli komandanın şərəfini qorumaq. İllərlə çalış, böyük klublardan birinə transfer olun, hətta bu klubun əsas heyətinin üzvlərindən birinə çevril, ancaq millinin qapıları üzünə bağlı qalsın...

Bu gün Avropanın sayılıb seçilən birinciliklərində top qovan bir çox futbolçu bu aqibəti yaşamaqdadır. Onlardan bəziləri milli komandanın oyun sisteminə uyğun gəlmirsə, bəzilərinin yerini ondan bir baş üstün həmyerlisi zəbt edib.

 

Stadium.az Avropanın böyük klublarında top qovaraq millidə debüt edəcəyi günü səbirsizliklə gözləyən oyunçulardan bəzilərini təqdim edir.

 

Ander Errera (Mançester Yunayted/İspaniya)

İspaniyanın "Saraqosa" klubunun yetirməsi olan Ander Errera vətənində doğma klubundan başqa Bilbao "Atletik"inin də şərəfini qoruyub. Bu komandada keçirdiyi 3 mövsüm ərzində Avropanın bir neçə aparıcı klubunun diqqətini cəlb edən hücumameylli yarımmüdafiəçi sonda "Mançester Yunayted"ə qismət olur. Keçən ildən "Qırmızı şeytanlar"ın şərəfini qoruyan 26 yaşlı futbolçu ilk mövsümündə 31 oyunda meydana çıxaraq, 8 qola imza atdı. Errera cari mövsümdə də davamlı olaraq şans qazanır. Əslində Erreranın milliyə dəvət cəhətdən əvvəllər işləri heç də pis getməyib. Belə ki, İspaniyanın U-20, U-21 və U-23 komandalarında top qovmuş Errera, əsas millidə debüt etmək üçün hələ də Visente Del Boskenin ona şans verəcəyi günü gözləyir. Bələ tempdə davam edəcəyi təqdirdə, bəlkə də, 26 yaşlı futbolçunun bəxti gələn ilki qitə birinciliyində gətirdi.


Fernando (Mançester Siti/Braziliya)

2007-ci ildə "Portu"ya transfer edilən Fernandonun məhz burda ulduzu parladı. O, bir müddət ölkəsinin U-20 millisinə də dəvət aldı. Ancaq bundan sonra Braziliya millisinin sarı futbolkasını geyinmək Fernandoya qismət olmadı. Keçən mövsümdən "Mançester Siti"nin şərəfini qoruyan braziliyalı dayaq yarımmüdafiəçisinin gözü hələ də yoldadır. Onun artıq 28 yaşı var. Braziliya millisinin baş məşqçisi Dunqa isə hələ də bu futbolçuya dəvət göndərmir. Belə olan halda, onun başqa variantı da var. Belə ki, "Portu"da oynadığı dövrlərdə Portuqaliya vətəndaşlığını alan Fernandonun Kriştiano Ronaldoyla komanda yoldaşı olmasına heç bir hüquqi əngəl yoxdur. Qalır portuqalların baş məşqçisi Fernando Santosun dəvəti və futbolçunun razılığı.


Villi Kabalyero (Mançester Siti/Argentina)

Villi isə komanda yoldaşı Fernando qədər şanslı deyil. Belə ki, argentinalı qapıçının artıq 34 yaşı var və onun bundan sonra Lionel Messiylə komanda yoldaşı olmaq şansı bir xeyli azdır. Karyerasının ən yaxşı dövrlərini "Malaqa"da keçirən Kabalyero, keçən ildən şərəfini qoruduğu "Şəhərlilər"də arabir start heyətində meydana çıxsa da, çətin ki, Xerardo Martinonun diqqətini cəlb etsin. Mançester təmsilçisində Co Hartın əvəzləyicisi olan Villi, vaxtilə Argentinanın U-20 millisinin şərəfini qoruyub.


Qabriel Paulista (Arsenal/Braziliya)

2013-cü ildən Avropada çıxış edən Qabriel də Braziliya millisindən dəvət gözləyənlər cərgəsindədi. Avropada çıxış etdiyi ilk klub "Vilyarreal"da diqqətləri özünə çəkən 25 yaşlı müdafiəçi bu mövsümdən "Arsenal"ın uğurları üçün çalışır. Maraqlıdır ki, Qabriel Braziliyanın aşağı yaş qruplarından olan millilərə də çağırılmayıb.


Mikel Arteta (Arsenal/İspaniya)

Milli forma üzünə həsrət qalan daha bir "Arsenal"lı da Mikel Artetadır. Arteta artıq neçə ildir Visente Del Boskedən dəvət gözləsə də, hələ də gözü yollarda qalıb. Əslində 33 yaşlı yarımmüdafiəçinin dəvət gözləməyə də haqqı var. İspaniyanın bütün aşağı yaş qruplarında çıxış edəsən, son 10 ildə "Everton" və "Arsenal" kimi komandaların əsas üzvlərindən biri olasan, ancaq millidə adi yoldaşlıq oyununda belə şans qazanmayasan. Artıq 33 yaşı olan futbolçunun bundan sonra milliyə dəvət alması o qədər də inandırıcı görünmür. Bəlkə də, Mikelin bəxti Xabi Alonso və Serji Busketslə eyni mövqedə oynadığına görə gətirməyib.


Fransis Koklen (Arsenal/Fransa)

Deyəsən, milli məşqçiləri "Arsenal"ın futbolçularına qənim kəsilib. Belə ki, "Topçular"ın fransız dayaq yarımmüdafiəçisi Fransis Koklen də milli üzünə həsrət olan futbolçulardandır. 24 yaşlı futbolçu "Xoruzlar"ın aşağı yaş qruplarından ibarət bütün komandalarda çıxış edib. Fransa millisinin baş məşqçisi Didye Deşam yəqin ki, AÇ-2016-ya qatılacaq heyəti müəyyənləşdirərkən, London klubunun əsas heyət üzvlərindən olan Kokleni bir də nəzərdən keçirəcək.


Simone Padoin (Yuventus/İtaliya)

31 yaşlı yarımmüdafiəçinin əvvəllər milliyə dəvət almamasına əsas səbəb kimi "Viçentsa", "Atalanta" kimi klubların şərəfini qorumasını göstərmək olardı. Ancaq 31 yaşlı futbolçu Berqamo təmsilçisindən İtaliyanın ən titullu klubu "Yuventus"a transfer edildikdən sonra da, milli məşqçilərinin diqqətini cəlb etmədi. İtaliya millisinin U-19, U-20 və U-21 komandalarının şərəfini qorumuş Simone, hazırda "Skuadra adzurra"nı çalışdıran "Yuventus"dakı sabiq məşqçisi Antonio Kontedən dəvət gözləsə də, italyan mütəxəssis sabiq yetirməsinə dəvət göndərməyi hələ ki, lazım bilmir.


Neto (Yuventus/Braziliya)

"Fiorentina"nın əsas qapıçılarından olmuş, hazırda isə "Yuventus"da Canluici Buffonun əvəzləyicisi olan Neto da millidə debüt edəcəyi anı gözləyir. Əslində, 26 yaşlı qolkiper buna yayda çox yaxın idi. Belə ki, "Sambaçılar"ın baş məçqçisi Dunqa tərəfindən Çilidə təşkil olunan Amerika kubokunda millinin heyətinə cəlb edilən Neto, turnirin sonuna kimi ehtiyat oyunçular skamyasında qaldı. Ancaq onun gələcəkdə millidə debüt etmək şansı çoxdur. O, bunun üçün ilk növbədə klubundakı əvəzləyici statusundan qurtulmalıdır.


Yaqo Falke (Roma/İspaniya)

Cəmi 25 yaşı olmasına baxmayaraq, İspaniya, İngiltərə və İtaliyada çıxış etməyə imkan tapmış Falke də Del Boskedən dəvət gözləyir. Əslində yarımmüdafiəçinin "canavarlar"da işləri heç də pis getmir. Yaqo əvvəllər İspaniya millisinin U-17, U-19, U-20 və U-21 komandalarında çıxış edib. Futbolçu karyerası ərzində "Roma"dan başqa "Almeriya", "Rayo Valyekano", "Vilyarreal", "Cenoa" kimi komandaların şərəfini qoruyub.


Qabi (Atletiko M/İspaniya)

"Atletiko"nun yetirməsi olan Qabi son illərdə bu komandanın heyətində bir çox uğurlara imza atsa da, bu, onun millidə debüt etməsinə yetərli olmayıb. Dayaq yarımmüdafiəçisi əvvəllər İspaniyanın U-20 və U-21 komandalarında çıxış edib. Ancaq Visente Del Boskenin artıq 32 yaşı olan futbolçuya nə vaxt şans verəcəyi sual olaraq qalır.


Allan (Napoli/Braziliya)

Bir neçə il "Udineze"nin əsas heyət üzvü olan, bu ildən isə "Napoli"nin uğurları üçün çalışan Allan hələ ki, Braziliya millisində debüt etməyib. Vaxtilə Braziliya yığmasının U-20 komandasının şərəfini qorumuş Allan, Dunqadan təklif gözləyir.

publika.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail