"Qəbələ" ikinci oldu, kapitan "ən yaxşı müdafiəçi" seçildi

23.11.2015 | 2462 dəfə oxunub

Xəbər verdiyimiz kimi, “Qəbələ”nin 15 yaşlılardan ibarət komandası (U-15) Türkiyədə keçirilən “Antalya Cup” turnirində iştirak edib. Bir həftə davam edən yarışda Xaqani Məmmədovun yetirmələri “Lokomotiv” (Moskva, Rusiya), “Antalyaspor” (Türkiyə) və “Dunarea” (Rumıniya) kollektivləri ilə qüvvələrini sınayıblar. Dörd komandanın dairəvi sistemlə mübarizə apardığı yarışda hər iştirakçı 6 oyun keçirib.

 

Stadium.az xəbər verir ki, U-15 komandası “Lokomotiv”lə oyunların hər ikisində 0:2 hesabıyla uduzub. “Antalyaspor”la matçlarda isə 3:2 və 3:1 hesablı qələbələri bayram ediblər. Türkiyə klubu sonuncu olduğundan 2-ci yerin sahibi “Qəbələ” - “Dunarea” matçında müəyyənləşib. İlk dövrədəki oyunda qalib müəyyənləşməyib – 1:1. İkinci dövrədəki həlledici matçda 1:0 hesabıyla qalib gələn Xaqani Məmmədovun komandası 10 xalla (3 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət, topların fərqi 8-8) turniri 2-ci yerdə başa vurub. 39 yaşlı çalışdırıcıdan turnirlə bağlı təəssüratlarını öyrəndik. Məmmədov komandanın, ümumilikdə, yaxşı çıxış etdiyini bildirdi:

 

“Turnir futbolçularımız üçün Avropa komandalarıyla oynamaq, onlardan nəsə götürmək baxımından yaxşı təcrübə oldu. “Lokomotiv” Rusiyanın bu yaş qrupunda, demək olar, ən güclü kollektividir. Buna baxmayaraq, futbolçularımız inamlı təsir bağışladılar, özlərini göstərməyə çalışdılar. “Lokomotiv”lə hər iki oyunda çox hücum etdik, qol epizodları yaratdıq. Ancaq şanslarımızı dəyərləndirə bilmədik. Qolları isə öz səhvlərimizdən buraxdıq. Ola bilər, yeni futbolçularımızın olması və təcrübəsizlik öz sözünü dedi. “Antalyaspor”la matçların hər birində 3 qol vuraraq qalib gəldik. Rumıniya komandasının futbolçuları isə fiziki cəhətdən güclü idilər və sərt futbol nümayiş etdirdilər. Bizimkilər isə əvvəlcə “yumşaq” oynadılar. Fasilədə sərt oynamağı tapşırdım və ikinci hissədə bunun müsbət nəticəsini gördük. Əslində, “Dunarea”yla ilk matçda da 1:0 hesabıyla qalib gəlirdik. Sadəcə, oyunun sonunda futbolçumuza 2-ci sarı olmaqla qırmızı vərəqə göstərdilər və öz səhvimizdən qol buraxaraq qələbəni əldən verdik”.

 

Turnirin sonunda mükafatlandırma mərasimi keçirilib. İkinci yeri tutan “Qəbələ”yə medallar, kubok və sertifikat təqdim olunub. Komandanın 2 futbolçusu fərdi nominasiyada fərqlənib. Turnirin ən yaxşı müdafiəçisi seçilən İdris İnqilablı kuboka layiq görülüb. Tamerlan Rizvanova isə turnirlə bağlı sosial şəbəkələrdə xeyli şəkil paylaşdığına görə xatirə hədiyyəsi verilib. Baş məşqçi “Antalya Cup”da daha çox futbolçunun fərqləndiyini söyləyib: “Dörd futbolçumuz - Məhəmməd Məhərrəmli, Sərcan Ömərov, Samir Qurbanov və Elməddin Sultanov bütün turnir boyu yaxşı təsir bağışladılar. Təşkilatçılar isə oyununa görə İdrisi fərqləndirdilər. “Qəbələ”nın çıxışı haqda rəqib düşərgəsində xoş sözlər eşitdik. “Antalyaspor”un baş məşqçisi komandanın fiziki hazırlığını, mübarizliyini, ağıllı oynadığını qeyd etdi. “Lokomotiv”in nümayəndələrindən də bizim oyundan razı qaldıqlarını eşitdik. Belə turnirlərdə komandanın güclü və zəif cəhətlərini yaxşı görürsən”.

 

Söhbət əsnasında məlum oldu ki, Antalyada olduqları müddətdə veteranlar arasında yoldaşlıq görüşü keçirilib. “Qəbələ”nin məşqçiləri dünya yığmasının heyətində Rusiya yığmasına rəqib olublar: “20 dəqiqədən ibarət 2 hissəli matç oldu. Mən, köməkçim Azər Həşimov və qapıçılarla işləyən məşqçimiz Sahil Kərimov oyunda iştirak etdik. Biz start heyətində yer aldıq və sonadək meydanda olduq. Sahil qapıçı olsa da, mərkəz müdafiəçisi mövqeyində oynadı. Yaxşı da təsir bağışladı. Rəqibin heyətində ötənlərin tanınmış qapıçısı, Rusiya millisinin sabiq üzvü Ruslan Niqmatullin ynayırdı. Onun adına Rusiyada qapıçılar məktəbi var. Həmin məktəbin nümayəndələri ilə Antalyaya təlim-məşq toplanışına gələn Niqmatullini yoldaşlıq görüşünə dəvət etmişdilər. Maraqlıdır ki, həmin matçda nə Ruslan, nə də Sahil qapıda dayandı. Nəticəyə gəlincə, necə deyərlər, dostluq qalib gəldi - 1:1. Oyundan sonra Niqmatullinlə söhbət etməyə imkan tapdıq. Bildiyiniz kimi, Ruslan milliyətcə tatar, müsəlmandır. Sahil ona dini kitab hədiyyə etdi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail