Taekvondo üzrə respublika birinciliyi baş tutacaq

23.11.2015 | 3463 dəfə oxunub

Azərbaycan Taekvondo Federasiyası (ATF) dekabrda 1999-2001-ci il təvəllüdü gənclər arasında respublika birinciliyi keçirəcək.

Stadium.az xəbər verir ki, federasiyanın Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi turnirin dekabrın 22-24-də Bakıda “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Yarışlara Bakıda və bölgələrdə fəaliyyət göstərən komandalar, 10 çəki dərəcəsində taekvondoçu oğlan və qızlar qatılacaqlar.

Üç gün davan edəcək turnirdə idmançılar şəxsi və komanda birinciliyində qüvvələrini sınayacaqlar. Fəxri yerləri tutan idmançılar və komandalar ATF tərəfindən diplom, medal və müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.

Yarış Azərbaycanda taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, gənclər arasında oğlanlar və qızlar üzrə yığma komandanın müəyyənləşdirilməsi, idmançıların yarış təcrübəsinin artırılması məqsədi daşıyır.

Turnirin keçirilməsinə bilavasitə ATF-nin hakimlər və təşkilat komitələri rəhbərlik edəcək.

Yarışda ATF-yə üzv idman bölmələrində məşğul olan və müvafiq hazırlığa malik idmançılar mübarizə aparacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail