Azərbaycan Çin Qran-Prisində daha bir medal qazandı

21.11.2015 | 2699 dəfə oxunub

Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə Qran-Pri yarışının ikinci günü də Azərbaycan idmançıları üçün uğurlu olub.

Stadium.az xəbər verir ki, 73 kq çəki dərəcəsində dünya reytinqində 1-ci olan Azərbaycan cüdoçusu Rüstəm Orucov mötəbər turnirin gümüş medalını qazanıb.

Finala gedən yolda ispaniyalı Kioşi Uematsu, Çin idmançısı Yınjirqala Sai, Qazaxıstan təmsilçisi Dastan İkibayev və belçikalı Dirk van Tiçelti məğlubiyyətə uğradan Rüstəm Orucov həlledici görüşdə Yaponiya cüdoçusu Soiçi Haşimoto ilə qarşılaşıb. Burada isə təmsilçimiz Asiya cüdoçusuna uduzaraq Çin Qran-Prisinin gümüş medalını qazanıb.

Digər iki cüdoçumuz - Əbdülhəqq Rəsullu (81 kq) və Hüseyn Rəhimli (81 kq) ilkin mərhələdə mübarizəni dayandırıb.

Qeyd edək ki, Çin Qran-Prisində yığmamızın aktivində 3 medal var. İlqar Müşkiyev (60 kq) və Nicat Şıxəlizadə (66 kq) qızıl medal, Rüstəm Orucov (73 kq) isə gümüş medala sahib olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail