"Terror bizim narahatlığımıza səbəb olan bir nömrəli təhlükədir"

21.11.2015 | 2429 dəfə oxunub

2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunları zamanı terror aktları ehtimalı Rio-de-Janeyro ştatının rəhbərliyini ən çox narahat edən məsələdir. Ştatın təhlükəsiz məsələlərinə dair katibi Xose Mariano Beltram bu barədə jurnalistlərə məlumat verərkən bildirib.

Artıq ştat rəhbərliyinin mümkün təhlükə barədə bülleten aldığını bildirən Mariano Beltram lazım gələcəyi təqdirdə bütün imkanlardan istifadə olunacağını qeyd edib.

“Terror bizim narahatlığımıza səbəb olan bir nömrəli təhlükədir. Braziliya tarixində terror hücumları ilə bağlı heç bir hadisə baş verməsə də, hökumət bu problemi hər zaman diqqət mərkəzində saxlayır. Biz təhlükəsizliyin təmin olunmasında da qızıl medal qazanmaq niyyətindəyik”, - deyə Mariano Beltram keçirdiyi mətbuat konfransında vurğulayıb.

2016-cı ilin avqust ayında Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarının təhlükəsizliyini təmin etmək üçün 60 min polis əməkdaşı cəlb olunacaq, daha 15 min polis isə ehtiyatda saxlanılacaq. Bu, Londonda keçirilən Oyunlar zamanı cəlb edilən təhlükəsizik qüvvələrinin sayından təxminən iki dəfə çoxdur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail