"Bu günki qazanılan uğurlar göstərdiki düzgün yoldayıq"

21.11.2015 | 2839 dəfə oxunub

Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışın ilk günündə Azərbaycan millisinə qızıl medal qazan daha bir təmsilçimiz də İlqar Müşkiyevdir.

 

Stadium.az xəbər verir ki, Uzaq Şərqdə bayrağımızı dalğalandıran idmançımız yarışa hazırlıqdan və rəqiblərindən bəhs edib:

“Çindəki yarışa hazırlıq yüksək səviyyədə keçib, yeni rəhbərlik göstərdiyi qayğının nəticəsində artıq yüksək yerlər uğrunda mübarizə aparırıq. Bu günki qazanılan uğurlar göstərdiki düzgün yoldayıq. Olimpiya oyunları öncəsi bütün yarışlar gərgin keçir, bu yarışda istisna deyildi. Artıq zaman göstərir ki, yüksək nəticə qazanmağa layiqiq və bu gündə bunu sübut etddik.

Cudo artıq o dədərcədə inkişaf edib ki, hansısa bir idmançını xüsusi qeyd etmək düzgün çıxmaz. Bütün görüşlərə final görüşü kimi yanaşırdım. Gördüyünüz kimi rəqiblərim də güclü idmançılar idi.

Qazaxstan cüdosu son zamanlar çox inkişaf edib, 60 kq çəki dərəcəsində 4 güclü rəqib var. Bugünki rəqibimin güləş stili mənim stilimə çox uyğun olduğuna görə açıq mübarizəyə üstünlük verdik. Rəqibin sonda yorulması mənim xeyrimə görüşü bitirməyimə şərait yaratdı”.

Müşkiyev komanda yoldaşı Orxan Səfərovla döyüş haqda bəzi məqamları dilə gətirib:

“Bildiyiniz kimi Orxan Səfərov 60 kq çəki dərəcəsində öz sözünü deyən idmançılardandır. Baxmayaraq ki, 5 aydır zədəsinin bərpası ilə əlaqədar yarışlarda iştirak etməyib və döyüşümüz çox gərgin keçdi”.

Çüdoçumuz gələn həftə Koreyada keçiriləcək Qran-pri yarışı barədə də fikir söyləyib:

"Çindəki yarışın ilk günü göstərdi ki, hazırlığımız yüksək səviyyədədir və fikrimcə Koreyada da medallar uğrunda mübarizə apara biləcəyik. Hər səhər 4 saat ümumi fiziki hazırlığın nəticəsinin bəhrəsi artıq görünməkdədir. İnşallah bu tempdə davam etməyə çalışacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail