İkinci Avropa Oyunları harada olacaq?

20.11.2015 | 2381 dəfə oxunub

2019-cu il II Avropa Oyunları dopinq problemini həll edəcəyi təqdirdə Rusiyada keçiriləcək. 

Stadium.az xəbər verir ki, Avropa Olimpiya Komitələrinin (EOC) Baş Assambleyasında iştirak edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.
Onun sözlərinə görə, hələlik yekun qərar qəbul olunmayıb. Bunun üçün Rusiyaya müəyyən vaxt veriləcək.

Amma vəziyyət heç də sadə deyil. Noyabrın 9-da Ümumdünya Antidopinq Agentliyinin Müstəqil Komissiyası ölkəni antidopinq qaydalarının çoxsaylı pozulması hallarında ittiham edib. Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasına (İAAF) Rusiya atletlərini yarışlardan, o cümlədən 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından kənarlaşdırması tövsiyə olunub. İAAF isə Ümumrusiya Atletika Federasiyasının üzvlüyünü dayandırıb. EOC-un prezidenti Patrik Hikki isə bildirib ki, müstəqil təşkilatlar ölkənin antidopinq proqramına dəstək verməyə qadir olduğunu təsdiqləsələr, II Avropa Oyunlarının təşkilində üstünlük Rusiyaya veriləcək.

Qeyd edək ki, ilk Avropa Oyunları bu ilin 12 - 28 iyununda Bakıda keçirilib. report



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail