Yunanlar “Qəbələ” üçün tədbir görəcək

20.11.2015 | 2468 dəfə oxunub

Qəbələ" klubunun futbol üzrə Avropa Liqasının qrup mərhələsində Yunanıstan PAOK-u ilə keçirəcəyi V tur oyununda dövlət səviyyəsində təhlükəsizlik tədbirləri görüləcək.

 

Klubun meneceri Səbuhi Səfiyarlı report-a açıqlamasında bu barədə PAOK rəhbərliyinin "qırmızı-qaralar"ı məlumatlandırdığını bildirib.

Onun sözlərinə görə, kütləvi əhəmiyyət daşıdığından, Saloniki şəhərində baş tutacaq görüşə nəzarət də güclü olacaq.

Klub rəsmisi komandanın Yunanıstana səfər proqramını da açıqlayıb. Noyabrın 21-də səfərdə "Sumqayıt"la qarşılaşacaq "qırmızı-qaralar" iki gün sonra Qəbələdə PAOK-la oyunun hazırlıqlarına start verəcək. Komanda noyabrın 25-də doğma şəhərdən çarter reysi ilə oyunun keçiriləcəyi Saloniki şəhərinə yola düşəcək.

"Sumqayıt"la görüşdə hücumçu Sergey Zenyovla qapıçı Dmitri Bezotosnı forma geyinməyəcək. Onların Avroliqa oyununda meydana çıxıb-çıxmayacağı isə bilinmir. Əvəzində digər zədəlilər Ruslan Abışov, Fakundo Pereyra və Ermin Zets artıq komandayla məşqlərə qoşulub. Bu oyunçuların da nə vaxt meydana çıxacağı məlum deyil. PAOK-un "Qəbələ"də icarə əsasında çıxış edən futbolçusu Pereyranın iki klub arasındakı razılaşmaya əsasən, Yunanıstanda meydana çıxmayacağı dəqiqdir.

Qeyd edək ki, "Tumba" stadionunda keçiriləcək PAOK - "Qəbələ" matçı noyabrın 26-da yerli vaxtla saat 22:05-də (Bakı vaxtı ilə 27 noyabr saat 00:05-də) başlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail