Çempion: “Ora nağıllar ölkəsidir, mənim üçün düşərli olar”

19.11.2015 | 3047 dəfə oxunub

Pekin Paralimpiadasının qızıl medalçısı Ramin İbrahimov Rio-de-Janeyroda keçiriləcək Paralimpiya Oyunlarına hazırlıqlardan danışdı.


Stadium.az xəbər verir ki, açıqlama verən idmançı 2 qat paralimpiya çempionu adına qazanmaq üçün əlindən gələni edəcəyini də bildirdi:

“Hazırda məşqlərimizi Bakıda davam edirik. Noyabrın 23-ü gecə Portuqaliyada keçiriləcək Avropa çempionatında iştirak etmək üçün yola çıxacağıq. Çünki bizim üçün hazırda əsas olan lisenziya xarakteri daşıyan Avropa çempionatıdır. Lisenziya üçün sonuncu yarışdır. Bundan sonra lisenziya qazananlar bəlli olacaq, Rio-da keçiriləcək Paralimpiya Oyunlarına daha ciddi hazırlaşacağıq. Yenə həmişəki çəkimdəyəm – 60 kq. Çəkimdə heç bir dəyişiklik etməmişəm. Ümumilikdə məşqlərimiz əla gedir. Təbii ki, hədəfimiz 2-ci dəfə paralimpiya çempionu ola bilməkdir. Amma bu idmandır, hər şey ola bilər. Böyük səylə çalışacağıq ki, bunu edək”.

 

R.İbrahimov Rio-de-Janeyroda keçiriləcək Paralimpiya Oyunlarının onun üçün hansı yeniliyi, fərqliliyi gətirəcəyi barədə isə bunları deyib:

 

“Mən Braziliyada dünya çempionu olmuşam. İnşallah Paralimpiya Oyunları da düşərli olar. Gözəl çıxışlar edərik. Braziliya nağıllar ölkəsidir. İnanıram ki, orada yarışmaq çox maraqlı olacaq”.  publika.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail