“Sərhədçi”də taekvondo çempionatı start götürür

19.11.2015 | 2409 dəfə oxunub

Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı ilə böyüklər arasında respublika çempionatı keçiriləcək.

Stadium.az xəbər verir ki, federasiyanın Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi çempionat dekabrın 25-27-də Bakıda “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkili olunacaq.

Yarışlara paytaxt və bölgələrdə fəaliyyət göstərən komandalar, səkkiz çəki dərəcəsində taekvondoçu kişilər və qadınlar qatılacaq. Fəxri yerləri tutan idmançılar və komandalar ATF tərəfindən diplom və medallarla təltif olunacaq.

Çempionat Azərbaycanda taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, böyüklər arasında kişilər və qadınlar üzrə yığma komandanın tərkibinin müəyyənləşdirilməsi, ATF mütəxəssislərinin və hakimlərinin peşəkarlığının, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyır.

Turnirin keçirilməsinə bilavasitə federasiyanın hakimlər və təşkilat komitələri rəhbərlik edəcək.

“Daeodo” international taekvondo sistemi ilə keçiriləcək və “video təkrar” sistemi tətbiq olunacaq çempionatda ATF-yə üzv idman bölmələrində məşğul olan və müvafiq hazırlığa malik idmançılar mübarizə aparacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail