Sadıq Sadıqov çempionu qəbul etdi - FOTO

19.11.2015 | 2132 dəfə oxunub

"Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov bu yaxınlarda Serbiyanın paytaxtı Belqradda kikboksinqin WAKO versiyası üzrə dünya çempionu olmuş (k-1) "Ağsu” İdman Klubunun yetirməsi Elşad Ələsgərov, onun şəxsi məşqçisi Elnur Əliyev və Ağsu İdman Kompleksinin direktoru Mirələm Rəhimovla görüşüb.

Stadium.az xəbər verir ki, respublikamızda idmanın inkişafından və bu sahəyə göstərilən dövlət qayğısından geniş söhbət açan aparat rəhbəri, idmançılarımızın beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil etmələrindən də fəxarətlə danışıb.

Elşad Ələsgərovun möhtəşəm qələbəsini yüksək dəyərləndirən natiq, onun 6 ildən sonra yenidən Azərbaycana WAKO versiyası üzrə dünya çempionluğunu gətirdiyini xüsusi vurğulayıb. O, Ağsu İdman Kompleksində idmançılar üçün yaradılan hər cür şəraitdən və bu kompleksdə hələ çox idmançıların yetişəcəyindən də söhbət açıb. Aparat rəhbəri Elşad Ələsgərovu və onun məşqçisini qazanılan möhtəşəm qələbə münasibətilə təbrik edib, onlara daha böyük uğurlar diləyib.

Elşad Ələsgərov və Elnur Əliyev idmançılara yaradılan şəraitə və göstərilən qayğıya görə SOCAR-ın rəhbərliyinə təşəkkürlərini çatdırıblar.

Sonda xatirə şəkli çəkdirilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail