MOK-da Sadıq Sadıqovun ad günü qeyd edildi

19.11.2015 | 3081 dəfə oxunub

Milli Olimpiya Komitəsində (MOK) qurumun İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti və "Neftçi" İdman Klubu İctimai Birliyinin sədri Sadıq Sadıqovun 50 illik yubileyi münasibətilə tədbir keçirilib. Stadium.az xəbər verir ki, tədbirə idman ictimaiyyətinin nümayəndələri - tanınmış idmançılar və mütəxəssislər qatılıblar.

Çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yubilyarın və rəhbərlik etdiyi klubun ölkənin idman həyatında, eləcə də olimpiya hərəkatındakı xidmətlərindən danışıb.
O bildirib ki, hələ sovet dövründən fəaliyyət göstərən klub idmanın inkişafına böyük dəstək verib. MOK rəsmisinin fikrincə, idman nailiyyətlərinin böyük hissəsi "Neftçi"nin hesabına olub, bu klub olimpiya, dünya və Avropa çempionları yetişdirib.

MOK-un digər vitse-prezidenti Xəzər İsayev, baş katib Ağacan Abiyev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanov, beynəlxalq dərəcəli güləş hakimi Hicran Şərifov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, olimpiya çempionu Namiq Abdullayev, cüdo üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağayar Axundzadə "Olimpiya dünyası" qəzetinin baş redaktoru Murad Fərzəliyev S.Sadıqovu peşəkar, hamı ilə dil tapmağı bacaran idarəçi kimi dəyərləndiriblər. Onlar yubilyarın hələ "Neftçi" futbol klubunun prezidenti olduğu vaxt 3 dəfə ölkə çempionluğu, 2 dəfə kubok, eləcə də Avropa Liqasının qrup mərhələsinə vəsiqə sevinci yaşadığını bildiriblər. Natiqlər öz xatirələrini bölüşüb, onu təbrik edərək, uzun ömür, fəaliyyətində uğurlar arzulayıblar.

Sonda S.Sadıqova MOK və idman ictimaiyyətinin hədiyyələri təqdim olunub. Öz növbəsində, yubilyar yüksək təşkilatçılığa görə minnətdarlığını bildirib, bundan sonra da ölkə idmanının uğurları naminə fəaliyyətini davam etdirəcəyini vurğulayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail