"Xəzər Lənkəran"lılar millidə: 3-cü kapitan, 27-ci debütant

18.11.2015 | 3344 dəfə oxunub

2015-ci ildə son matçını keçirən Azərbaycan milli komandası Moldova ilə yoldaşlıq oyununda qüvvəsini sınayıb.

 

Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada 2:1 hesabı ilə qalib gələn yığmamızın heyətində “Xəzər Lənkəran”ın 2 futbolçusu meydana çıxıb. 90 dəqiqə meydanda olan Rahid Əmirquliyev ardıcıl 8-ci oyunda əvəzolunmadan iştirak edib. O, 2015-ci ildə yığmanın heyətində bütün qarşılaşmalarda 90 dəqiqə forma geyinən yeganə oyunçudur.

 

Millidə 48-ci oyununu keçirən Əmirquliyev ilk dəfə komandanın kapitanı olub. O, yığma tarixinin 25-ci kapitanıdır. Yarımmüdafiəçi millidə buna layiq görülən 3-cü “Xəzər Lənkəran”lıdır. 2007-ci il oktyabrın 17-də Serbiya ilə AÇ-2008-in Bakıdakı seçmə oyununda (1:6) yığmamızın kapitanı Ceyhun Sultanov həmin vaxt “ağ-yaşıllar”ın üzvü idi. 2012-cü il noyabrın 14-də DÇ-2014-ün Şimali İrlandiya ilə Belfastdakı görüşündə (1:1) "Xəzər Lənkəran"ı təmsil edən Ruslan Abışov kapitan olmuşdu.

 

Ümumilikdə isə Əmirquliyev millidə keçirdiyi oyunların 48-də də “Xəzər Lənkəran”ı təmsil edib. Onun kimi Moldova ilə oyunda iştirak edən Elşən Rzazadə sonradan meydana çıxıb. 22 yaşlı yarımmüdafiəçi 63-cü dəqiqədə oyuna daxil olub. Karyerasında ilk dəfə milli forma geyən Rzazadə “Xəzər Lənkəran”ın tarixinə Azərbaycanın əsas yığmasında oynamış 27-ci təmsilçisi kimi düşüb. Komandanın yarandığı 2004-cü ildən bu oyunadək “ağ-yaşıllar”ın 26 üzvü millinin matçlarında meydana çıxmışdı ki, onlardan sonuncusu olan Elnur Cəfərov ötən ay Bolqarıstanla Sofiyadakı görüşdə bu siyahıya daxil olmuşdu. Əmirquliyevin başçılıq etdiyi bu cədvəldə Kamran Ağayev (31), Elnur Allahverdiyev (19), İlqar Qurbanov (16), Branimir Subaşiç (12), Emin Quliyev (11) və Vüqar Nadirov (11) da ön sıralardadır.

 

Digər "Xəzər Lənkəran"lı futbolçu Elnur Cəfərovun çıxış etdiyi U-21 millisi isə AÇ-2017 seçmə mərhələsi çərçivəsində ev Rusiyadan həmyaşıdlarını 3:0 hesabı ilə darmadağın etdi. Cənub klubunun yetirməsi start heyətində yer alıb və 63 dəqiqə meydanda olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail