Rusiyalı qonaqların Velopark gəzintisi

18.11.2015 | 3613 dəfə oxunub

Bakıda keçirilən Moskva günləri ilə əlaqədar Azərbaycana səfərə gələn Moskvanın Bədən Tərbiyəsi və İdman Departamentinin nümayəndə heyəti Veloparkda olub.

 

Stadium.az xəbər verir ki, nümayəndə heyətinin tərkibinə 14 idmançı, 2 məşqçi, departamentin rəsmi nümayəndələri, həmçinin Olimpiya çempionları David Musulbes və Vadim Boqiev daxildir.

Qonaqları salamlayan Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev onlara idman qurğusu haqqında məlumat verib. Baş katib bildirib ki, Bakı-2015 ilk Avropa Oyunlarının BMX yarışlarının keçirildiyi arena Olimpiya standartlarına tam cavab verir və burada ən yüksək səviyyəli yarışları təşkil etmək mümkündür. Federasiya rəsmisi Bakının 2018-ci ildə BMX üzrə dünya çempionatını qəbul etməsinin mümkünlüyünü deyərək, bu istiqamətdə Beynəlxalq Velosipedçilər İttifaqı ilə danışıqların aparıldığını qeyd edib.

Olimpiya çempionu David Musulbes ölkəmizdə gördüklərindən məmnunluğunu bildirib və Azərbaycanda idmana göstərilən dövlət qayğısı nəticəsində ölkəmizin dünyada idman ölkəsi kimi tanındığını deyib. Qonaqlar Veloparkın yarışlar və təlim-məşq toplanışlarının keçirilməsi üçün ideal məkan olduğunu da söyləyiblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail