"Vanqa deyilik, Nostradamus olsaydı, ondan soruşardıq"

18.11.2015 | 3524 dəfə oxunub

Gəncənin "Kəpəz" klubu "Qarabağ"la Azərbaycan Premyer Liqasının XIII tur matçına futbolçu itkiləri ilə çıxacaq.

Bu barədə "Report"a "Kəpəz"in baş məşqçisi Şahin Diniyev məlumat verib.

Onun sözlərinə görə, Dario Frederiko zədəlidir, Bəxtiyar Soltanov sarı vərəqə limitini doldurduğu üçün meydanda olmayacaq. Kərim Diniyev zədədən tam sağalmayıb. Bundan başqa Azad Kərimov məşqlərə dünəndən qoşulub və onun meydana çıxıb-çıxmayacağı bilinmir. Ş.Diniyev bildirib ki, hücumçu Tural Rzayev də AZAL-la keçirilmiş yoldaşlıq görüşündə zədələnib, Budaq Nəsirovun vəziyyəti isə normallaşıb. Lakin bu futbolçuların "Qarabağ"a qarşı forma geyinib-geyinməyəcəyi dəqiq deyil:

"Bizdə böyük heyət olmadığı üçün hər bir oyunçunun sıradan çıxması ciddi itkidir. Buna baxmayaraq "Kəpəz" forması ilə meydana çıxan hər bir futbolçu mübarizə aparmalıdır".

Təcrübəli mütəxəssis sözlərinə görə, cütün favoriti Ağdam klubudur: "Qarabağ" Premyer Liqada mübarizə aparan digər 9 komandanın hamısından güclüdür. Ancaq bu, futboldur və biz vuruşmaq üçün meydana çıxacağıq. Təkcə onu deyə bilərəm ki, maraqlı oyun olacaq. Nəticəni isə əvvəlcədən deyə bilmərəm. Artıq qış fasiləsinə yaxınlaşırıq. Amma fasiləyə neçənci pillədə yollanacağımızı deyə bilmərəm. Yaxşı yerlər üçün vuruşacağıq. Nostradamus olsaydı, ondan soruşardıq. Biz Vanqa deyilik ki, nəticəni əvvəlcədən bilək. Heç bir peşəkar məşqçi əvvəlcədən nəticə deməz. Çünki futbol proqnozu sevməyən bir idman növüdür".

49 yaşlı baş məşqçi "Kəpəz"in qış fasiləsində keçirəcəyi təlim-məşq toplanışından da məlumat verib: "Hazırlıq planı təxmini bilinir. Harada, nə vaxt, nə ilə məşğul olacağımızı demək olar ki, planlaşdırmışam. Bu, mənim şəxsi planımdır. Fasilənin az olması məni düşünməyə vadar edir. Komanda yanvarın 10-da yığışırsa, çempionatın başlamasına 20 gün qalır. Bu müddətdə də həm fiziki baxımdan artırmalı, həm yoxlama oyunları keçirməli, həm də yol gedib-gəlməlisən. Bunlar isə qısa müddətdə olduğu üçün uyğunlaşmanı pozur. Bu baxımdan biz uduzacağıq. Düzü, rəhbərliyin Antalya planı var. Amma mənə elə gəlir ki, bu, komandaya mane olacaq".

Qeyd edək ki, "Qarabağ" - "Kəpəz" oyunu noyabrın 21-də keçiriləcək. Tofiq İsmayılov adına Suraxanı qəsəbə Stadionunda baş tutacaq görüş saat 19:30-da start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail