Azərbaycanda yeni klub yaranır

18.11.2015 | 3411 dəfə oxunub

Təşkilati-hüquqi forması dəyişdirilmiş “Şəmkir” Futbol Klubunun rayon ictimaiyyəti üçün təqdimatı keçirilib.

 

Stadium.az xəbər verir ki, bu məqsədlə təşkil olunan tədbirdə AFFA, Şəmkir rayon Gənclər və İdman İdarəsi və şəhər bələdiyyəsi arasında “Əməkdaşlıq Memorandumu” imzalanıb. Tədbirdə çıxış edən rayon icra başçısı Alimpaşa Məmmədov klubun yenidən formalaşdırılmasına töhvə vermiş hər kəsə təşəkkürünü bildirib, “Şəmkir”in şanlı tarixini bərpa edəcəyinə əminliyini vurğulayıb. Şəmkirdə yaşayan müəssisə rəhbərləri, sahibkar, ziyallılar da klubun inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirib.

 

Klub prezidenti Fərid Hüseynov “Şəmkir” klubunda böyük işlər getdiyini, klubun gələcəkdə Azərbaycan Premyer Liqasında mübarizə aparması üçün əllərində gələni edəcəklərini deyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail