Yaşar Vahabzadə: “Komandamız futbol oynaya bilir”

17.11.2015 | 2867 dəfə oxunub

"Futbolçular bu gün nəyə qadir olduqlarını göstərdilər.  Komandamız xarakter nümayiş etdirdi”.

Stadium.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə deyib.

Təcrübəli mütəxəssis Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Rusiyanı 3:0 hesabı ilə məğlub etdikləri oyun haqda bunları söyləyib:

“Bu gün qeydə alınan hesab da göstərir ki, komandamız futbol oynaya bilir. Futbolçularımız hər oyunda xarakter göstərsələr, nəticə qazanmaq mümkündü. Əsas özlərinə inanmalarıdır. Biz Almaniya ilə oyunda da bugünki sistemdən istifadə etdik və pis alınmadı”.

“Sizcə Rusiya millisi bu gün zəif oynadı, yoxsa yığmamız güclü idi” sualını Vahabzadə belə cavablandırıb: “Bu sualı mən də sizə vermək istərdim (gülür). Dediyim kimi, bu gün komandamız xarakter nümayiş etdirdi. Ruslardan daha yaxşı oynadıq və onlardan üstün olduq”. futbolxeber.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail