Nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin 44-cü Baş Assambleyasında

17.11.2015 | 3403 dəfə oxunub

Noyabrın 18-21-də Praqada Avropa Olimpiya Komitəsinin (AOK) 44-cü Baş Assambleyası keçiriləcək.

Assambleyada Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva və digər şəxslər iştirak edəcəklər.

MOK-un mətbuat xidmətindən bildiriblər ki, AOK-un İcraiyyə Komitəsinin üzvü olan Çingiz Hüseynzadə bu qurumun 4-cü iclasına da qatılacaq. Tədbirdə, həmçinin AOK-un İdmanda Qadın və Bərabərlik Komissiyasının üzvü olan Könül Nurullayevanın da iştirakı nəzərdə tutulub.

Baş Assambleyada 2016-cı il Rio-de-Janeyro Yay və 2020-ci il Pekin Qış Olimpiya oyunlarının Təşkilat komitələrinin hesabat məruzələri dinləniləcək. Habelə yeniyetmələr arasında 2016-cı il Lillehhammer Qış Olimpiya Oyunlarına hazırlıq məsələləri də müzakirə olunacaq. Bundan başqa, 2021-ci ildə keçiriləcək Avropa Yeniyetmələrinin Olimpiya Festivalına ev sahibliyinə namizəd ölkələrin siyahısı açıqlanacaq. Tədbirdə AOK-un 45-ci Baş Assambleyasının keçiriləcəyi ölkənin adı da elan ediləcək. azertac



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail