"Hamı qarşıdakı oyunun əhəmiyyətini yaxşı başa düşür"

17.11.2015 | 3544 dəfə oxunub

“Qarabağ”la oyunun hazırlığına dünəndən başlamışıq. Hər şey yaxşıdır, meydana bizə lazım olan nəticəni qazanmaq üçün çıxacağıq”.

 

Stadium.az xəbər verir ki, bu sözləri “Kəpəz”in müdafiəçisi Şəhriyar Əliyev deyib. Klubun rəsmi saytına danışan Əliyev Premyer Liqanın XIII turunda komandasının Ağdam klubu ilə keçirəcəyi oyunla bağlı fikirlərini açıqlayıb: “Düşərgədə əhval-ruhiyyə yaxşıdır. Hamı qarşıdakı oyunun əhəmiyyətini yaxşı başa düşür. Bu haqda futbolçulara əlavə nəsə deməyə ehtiyac yoxdur. Güclü rəqibə qarşı mübarizə aparacağıq”.

 

AZAL-la yoxlama oyununda yüngül zədə alan Şəhriyar artıq komanda ilə birgə məşqlərə çıxır: “İndi özümü yaxşı hiss edirəm, ayağım əzilmişdi. Heyətdə cəza və zədəli futbolçularımız var. Bununla belə, güclü rəqibə qarşı layiqli futbol oynamağa çalışacağıq. Çətin oyun olacaq. Çempionatda asan rəqib yoxdur, “Qarabağ”ı da hamı yaxşı tanıyır. Biz də özümüzə güvənirik”.

Xatırladaq ki, ilk dövrədə bu komandalar arasında Gəncədə keçirilən oyunda “Qarabağ” 2:3 hesabı ilə qalib gəlmişdi. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail