Əzimov idmanın döyüş növləri üzrə dünya çempionudu

14.11.2015 | 3315 dəfə oxunub

İspaniyanın Benidorm şəhərində döyüş növləri üzrə növbəti dünya çempionatı keçirilib.

Stadium.az xəbər verir ki, dünya və Avropa çempionu Vüqar Əzimov Azərbaycan yığma komandasının heyətində bu çempionatda da uğurla çıxış edib.

Dünyanın dörd qitəsini təmsil edən 3 mindən çox idmançı bu çempionatda öz məharətini göstərirdi. 90 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Azərbaycan idmançısı Vüqar Əzimov kunq-fu sanda idmanı üzrə qızıl medal qazanıb. İtaliyadan, Fransadan və Tunisdən olan rəqiblərini məğlub edərək finala çıxan həmvətənimiz həlledici döyüşdə Tunisin digər nümayəndəsi ilə qarşılaşıb. Rəqib bu döyüşdən imtina edib və nəticədə Vüqar Əzimov texniki qələbə qazanıb.

Beləliklə, Vüqar Əzimov dünya çempionu titulunu qoruyub saxlayıb. Bu il onu daha bir sınaq gözləyir: dekabrın 5-də Polşada keçiriləcək Avropa Kubokunda Vüqar Əzimov yenidən öz gücünü göstərəcək.

Xatırladaq ki, Vüqar Əzimov 10-cu dan və xapki-do üzrə qara kəmər sahibi Süleyman Məmmədlinin yetirməsidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail