“Xəzər Lənkəran”ın üzvü: “Məni heç kim qovmayıb”

13.11.2015 | 3554 dəfə oxunub

U-19 milli komandalar arasında keçirilən AÇ-2016-nın seçmə mərhələsinin 5-ci qrupunun 2-ci turunun oyununda Türkiyəyə 0:1 hesabı ilə uduzan millimizin düşərgəsində gərgin anlar yaşanıb.

Stadium.az xəbər verir ki, Azərbaycan yığmasının baş məşqçisi Nazim Süleymanov intizamsızlığa görə bir neçə futbolçunu heyətdən kənarlaşdırıb.

Adlar arasında “Xəzər Lənkəran”ın və millinin üzvü Elnur Cəfərovun da adı var. Lakin yarımmüdafiəçi “Qafqazinfo”ya açıqlamasında bunu təkzib edib. O bildirib ki, baş məşqçi onu komandadan qovmayıb: “Məni heç kim komandadan qovmayıb. Bu nə yalan məlumatlardır? Dünən qırmızı vərəqə aldım və sonuncu oyuna çıxa bilməyəcəkdim. Nazim Süleymanova da dedim ki, onsuz da oynamayacam evə gedim. Bildirdi ki, gedə bilərsən. Get, istirahət et. Mənim 18 yaşım var və haqqımda belə məlumatlar yazırlar. Keçən dəfə belə bir açıqlama vermişdim ki, mən Türkiyə ilə oyunda bir dəfə penalti vura bilmədiyim üçün uduzmuşuq. Yenə penalti olsa, özüm vuracam. Amma o məlumatı başqa cür yazmışdılar. Guya mən demişəm ki, Türkiyəni tək udacam. Belə olmaz”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail