Avropa çempionatının ilk günü 1 gümüş, 1 bürünc medal

13.11.2015 | 3859 dəfə oxunub

Slovakiyanın paytaxtı Bratislavada gənclər arasında cüdo üzrə Avropa birinciliyi start götürüb. Stadium.az xəbər verir ki, yarışların ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.

60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Davud Məmmədov qitə birinciliyində ilk görüşünü Kipr nümayəndəsi İrodotos Kelpisə qarşı keçirib. Rəqibini məğlub edən Azərbaycan cüdoçusu daha sonra rusiyalı Savva Karakizidi, italyan Karmin di Lorento və bolqar Denislav İvanova qalib gələrək finala çıxıb. Davud Avropa çempionatının qızıl medalı uğrunda rusiyalı İslam Yaşuev ilə qarşılaşıb. Finalda rusiyalı məğlub olan cüdoçumuz gümüş medal qazanıb.

66 kq çəki dərəcəsində isə iki cüdoçumuz Avropa birinciliyində bürünc medal uğrunda mübarizə aparıb. Rəşad Rufullayev və Telman Vəliyev öz aralarındakı görüşdə 3-cü yerin sahibini müəyyənləşdirib. Bu dueldən Vəliyev qalib çıxıb. Bir faktı qeyd edək ki, Telman Vəliyev ilk görüşdə Litvanı təmsil edən erməni əsilli cüdoçu Teqran Qalustyanı udaraq yarışdan kənarlaşdırıb.

Daha bir cüdoçumuz da Slovakiyada bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Qızlar arasında 48 kq çəki dərəcəsində mübarizə aparan Leyla Əliyeva medal qazanmaq üçün ispaniyalı Sinta Qarsiya ilə görüşüb. Qızıl xal uğrunda mübarizədə xəbərdarlı alan Leyla birinciliyi 5-ci yerdə başa vurub.

Avropa birinciliyinin ilk günündə mübarizə aparan digər iki cüdoçumuz - Rüfət Tağızadə və Səkinə Zairova final mərhələsinə çıxa bilməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail