"Kəpəz"in ulduzu: "Dönüşüm bundan da yaxşı olacaq"

13.11.2015 | 3480 dəfə oxunub

“Kəpəz”in zədəli futbolçusu Dario Frederiko bu gün gecə saatlarında ölkəmizi tərk edərək Braziliyaya yola düşüb.

 

Stadium.az xəbər verir ki, vətənində əməliyyat olunacaq yarımmüdafiəçi səfərə çıxmazdan öncə kapazpfc.az saytına açıqlama verib: “Zədələndiyim üçün təəssüflənirəm, amma neyləmək olar? Bu futboldur, zədələr qaçılmazdır. Daha çox komandama kömək edə bilməyəcəyim üçün məyusam. Texnikam və sürətimlə “Kəpəz”ə kömək etməyə çalışırdım. Rəqib futbolçulardan sıyrılan zaman heç nədən çəkinmirəm, düzdü, bəzən məni kobudluqla dayandırırdılar. Əslində, bu da futbolda normaldır. Yıxmaq da olar, yıxılmaq da”.

 

Dario Maqnit Rezonans Tomoqrafiyasından keçdikdən sonra meniskindəki zədənin ciddi olduğu üzə çıxıb. Belə də Frederikonun Brazliyada yerli klinikalardan birində əməliyyat olunması daha münasib sayılıb: “MRT müayinəsi heç də xoş olmayan nəticəni üzə çıxardı. Bu vəziyyətdə pis oldum. Ağrılar var, rahat yeriyə bilmirəm. Braziliyada əməliyyat olunacağam, bərpa prosesini də vətənimdə keçirəcəyəm”.

 

Frederiko “Kəpəz” azarkeşlərinin sevimli futbolçularındandır. “Sarı-göylər”in aparıcı üzvü yola düşərkən fanatlara mesaj göndərməyi də unutmayıb: “Mənə görə narahat olan, dəstək verən bütün azarkeşlərə minnətdaram. Həkimlərin sayəsində tezliklə sağalacağıma ümid edirəm. Ailəmin, dostlarımın və Tanrının köməyi ilə bu vəziyyətdən çıxacağam. Azarkeşlər hər şeyin yaxşı olması üçün dua etsinlər, narahat olmasınlar. “Kəpəz”i dəstəkləsinlər, dönüşüm bundan da yaxşı olacaq. Komandamızın uğuru üçün əlimdən gələn hər şeyi edəcəyəm. Mənə çətin günlərdə azarkeşlərlə birgə dayaq duran klub rəhbərliyinə, eləcə də baş məşqçimiz Şahin Diniyevə də sağ ol deyirəm. Zədələndiyim andan mənim yanımda oldular, ehtiyaclarımı qarşıladılar, nə lazımdısa, etdilər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail