"Şadam ki, İspaniya La Liqasında çıxış edən belə bir futbolçumuz var"

13.11.2015 | 3589 dəfə oxunub

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki noyabrın 17-də Moldovaya qarşı keçiriləcək yoxlama oyunu öncəsi bir sıra sualları cavablandırıb. Stadium.az sizi həmin açıqlamalarla tanış edir.


- Moldova ilə görüşdən nə gözləyirsiniz?
- Mənim üçün vacib oyundur. Hədəf bu oyunda yaxşı futbol sərgiləməkdir. Heyətlə bağlı itkilərimiz var. Amma öz oyunumuzu sərgiləməyə hazır olacağıq.


- Yığmadakı zədəlilərlə bağlı nə deyə bilərsiniz?
- Bir neçə oyunçumuz zədəlidir. Planımızda əvvəlki oyunlarda az oynayan, ümumiyyətlə oynamayan futbolçuları sınaqdan keçirmək idi. Zədəlilər olsa da, oyunçularımız var, bu baxımdan problem yoxdur. Yeni dəvət alan futbolçular üçün də bu görüş bir şansdır.


- Eyni vaxtda U-19 və U-21 yığmalarımız seçmə mərhələ oyunlarını keçirirlər. Moldova ilə görüşdə bu komandalarda olan futbolçulardan hansılarısa sınaqdan keçirmək istəyərdiniz?
- Bu iki komandanın son dövrlərdə göstərdikləri nəticələrdən heç kim razı ola bilməz. U-19-un sərgilədiyi oyunlardan narazıyam. Hazırda bu komandalarda gələcəkdə millidə oynaya biləcək futbolçu görmürəm.


- Rəşad Sadıqovla bağlı vəziyyət nə yerdədir? Onun milli karyerasını başa vurduğu və ya davam etdirəcəyi dəqiqləşib?
- Onunla bu haqda üç dəfə söhbətləşmişəm. Gələcəyi ilə bağlı çox danışmışıq. Rəşadın qalmasını istəyirəm. O, Azərbaycan yığmasına kömək edə bilər. Amma son qərarı özü verməlidir.


- Eddi İsrafilova bu dəfə dəvət göndərməmisiniz. Səbəb nədir?
- Onların yoxlama oyunları olmalıdır. "Eybar" futbolçunun klubda qalmasını xahiş etdi. Bizim üçün da onun bu komandada möhkəmlənməsi vacibdir. Şadam ki, İspaniya La Liqasında çıxış edən belə bir futbolçumuz var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail