Komandalarımızın Avropa çempionatındakı ilk rəqibləri bəllidir

13.11.2015 | 2051 dəfə oxunub

Reykyavik şəhərində şahmat üzrə komandalararası Avropa çempionatı start götürür.

Stadium.az xəbər verir ki, şahmat üzrə kişi və qadınlardan ibarət Azərbaycan yığması növbəti dəfə bu şəhərdə təşkil edilən Avropa çempionatında təmsil olunur. Artıq Azərbaycan komandalarının birinci turdakı rəqibləri məlum olub. Kişi şahmatçılar Sloveniya, qadınlar isə Belçika təmsilçiləri ilə üz-üzə gələcəklər.

Turnir doqquz turdan ibarət İsveçrə sistemi üzrə keçiriləcək. Belə ki, komandaların heyəti dörd əsas və bir ehtiyat oyunçudan ibarətdir.

Yarışda kişi şahmatçılar arasında Azərbaycan yığmasını Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Arkadiy Naydiç, Rauf Məmmədov və Eltac Səfərli təmsil edir. Qadınlardan ibarət komandanın heyətində isə Zeynəb Məmmədyarova, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xəyalə Abdulla və Nərmin Kazımova yer alıblar.

Qeyd edək ki, Avropa çempionatına qitənin otuz altı ölkəsindən təxminən üç yüz şahmatçı qatılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail