“O, məni arxada qoyacaq”- ETİRAF

13.11.2015 | 2320 dəfə oxunub

İlk Avropa Oyunlarının qızıl medalını qazanaraq Azərbaycana sevinc bəxş edən idmançılarımızdan biri də boksçumuz Pərviz Bağırov oldu. O, həmçinin 69 kq çəki dərəcəsində dünya çempionatının bürünc medalını qazanaraq Rio-de-Janeyroda baş tutacaq Yay Olimpiya Oyunlarına vəsiqəni təmin etdi.

 

Boksçumuzun şəxsi məşqçisi Vüqar Ələkbərov da vaxtilə boksda öz sözünü demiş idmançılardan olub. 81 kq çəki dərəcəsində Sidney Olimpiadasının bürünc mükafatını qazanmış V.Ələkbərov bu dəfə tələbəsindən danışdı. Açıqlama verən məşqçi tələbəsinə çox inandığını dilə gətirib:

 

“Təbi ki, qızıl medal hər kəsin arzusudur, qalanı isə Allahın qismətidir. Biz də bir məşqçi olaraq onun qızıl medal qazanmasını arzulayırıq. Amma ümid edirəm ki, Pərviz Bağırov Rio Olimpiadasından da medalla qayıdacaq.  Hazırlığımız da o istiqamətdədir. Hər şey qaydasındadır deyə bilərəm. Əlində yaranmış zədə ilə bağlı müalicəsi davam edir. Düzdür, çalışırıq o əli ilə zərbələr vurmasın ki, tam bərpa olunsun. Lakin ümumilikdə hazırlığımız yüksək səviyyədədir, hər şey istədiyimiz kimi gedir. Şükür Allaha çəki salmaq kimi problemimiz də yoxdur, hər şey qaydasındadır. Onu da qeyd edim ki, Dohada keçirilən dünya çempionatında onun zədəli olması qızıl medal qazanmaması ilə nəticələndi. Əlbəttə buna heyfsilənirik. Düşünürəm ki, Pərvizin əlində zədəsi olmasaydı, orada dünya çempionu titulunu qazana bilərdi”.

 

Məşqçi tələbəsi Pərvizin onun uğurlarını geridə qoyub-qoymayacağı ilə bağlı suala belə cavab verdi:

 

“İnşallah olar (gülür). Allahın köməyi ilə o, ən azından mənim nailiyyətlərimi təkrar edəcək. Amma öncə də qeyd etdiyim kimi, bu mənim arzumdur. Mən Yay Olimpiya Oyunlarından bürünc qazanmışdımsa Pərvizin məndən daha böyük uğur qazanaraq qızıl medala yiyələnməsini çox istəyirəm. Çünki mən Pərvizi bir Olimpiya çempionu kimi görmək istəyirəm. O buna layiqdir. Pərvizdə çox güclü potensial var”. publika.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail