"Azərbaycan bu Oyunlara da ciddi hazırlaşır"

13.11.2015 | 2125 dəfə oxunub

Azərbaycanın “Bakı-2015” Birinci Avropa Oyunlarında əldə etdiyi təcrübə və tətbiq olunan yeniliklər beynəlxalq idman ictimaiyyətinə dəyərli töhfədir. Bu oyunların yüksək peşəkarlıqla keçirilməsi Azərbaycanın hərtərəfli inkişafının təzahürüdür.


Bu fikirləri müsahibəsində diqqətə çatdıran Beynəlxalq İdman Təhlükəsizlik Mərkəzinin (ICSS) prezidenti Məhəmməd Hanzab vurğulayıb ki, idman və turizm bir-birinin inkişafına əhəmiyyətli təsir göstərir. Birinci Avropa Oyunları bir tərəfdən Azərbaycandakı yüksək idarəetməni ortaya qoydusa, digər tərəfdən idman ölkəsi kimi təbliğ olunmasına böyük şanslar yaratdı. Bütün bunlar isə gələcəkdə Azərbaycana turizm axınının yaranmasına əhəmiyyətli təsir göstərəcək. Azərbaycan Gənclər və İdman Nazirliyi, o cümlədən aparıcı idman təşkilatları ilə qarşılıqlı əməkdaşlıq ICSS üçün böyük əhəmiyyət daşıyır.

Məhəmməd Hanzab deyib: “qarşıda “Bakı-2017” IV İslam Həmrəylik Oyunları var. Əlbəttə ki, Azərbaycan bu Oyunlara ciddi hazırlaşır. Əminliklə deyə bilərəm ki, Azərbaycan bu beynəlxalq yarışın da yüksək səviyyədə keçirilməsini təmin edəcək və bunun üçün ölkədə böyük potensial mövcuddur”.  azərtac



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail