Azərbaycan yığmaları ləğv edildi

13.11.2015 | 2394 dəfə oxunub

Ölkədə otüstü hokkey idman növü üzrə bütün fəaliyyətlər dayandırılıb 
 

 

Dünən Azərbaycan otüstü hokkey yığmasının üzvləri və məşqçiləri “Exelsior” otelin qarşısında aksiya keçirib. Onlar maaşlarının verilməsini tələb ediblər.

Otüstü Hokkey Federasiyasının mətbuat xidmətinin rəhbəri Yaqub Nuriyev bildirib ki, ölkədəki otüstü hokkey komandaları və yığmalar bu ilin iyul ayının 1-dən buraxılıb: “Həmin tarixdən etibarən otüstü hokkey komandaları da buraxılıb. Ümumilikdə isə bu sahədə olan 400-500 nəfər, həm idmançılar, həm də məşqçilər və digər texniki heyət üzvü var. Onlara verilməli olan maaşın ümumi miqdarı isə 50 min manata yaxındır”. Federasiya rəsmisinin sözlərinə görə, ölkədə otüstü hokkey idman növü üzrə bütün fəaliyyətlər artıq dayandırılıb.

Federasiyadan maaşlarının tələb edənlər arasında ukraynalı və pakistanlı legionerlər və texniki işçilər də var.

Federasiyadan o da bildirildi ki, məsələ ilə bağlı prezidentə müraciət olunub. Ölkə başçısı məsələnin araşdırılmasını Gənclər və İdman Nazirliyinə tapşırıb. lent.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail