"Qəbələ"dən 9 oyunda 7 qələbə

13.11.2015 | 2433 dəfə oxunub

“Qəbələ” Futbol Akademiyasının komandaları AFFA-nın yeniyetmə futbolçular arasında təşkil etdiyi liqalarda növbəti oyunlarını keçirib. 
 
Stadium.az xəbər verir ki, "qırmızı qaralar" ümumilikdə 9 matça çıxıb. Bunların yalnız birində uduzub, birində heç-heçəylə kifayətlənən Qəbələ təmsilçiləri 7 qələbə qazanıb. 
 
U-19 komandası evdə “Sumqayıt”ı 4:1, səfərdə “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib. Bu qələbələrdən sonra xal hesabını 13-ə çatdırıb, çempionatın liderləri “Bakı” və “Zirə”yə şərik olan “qırmızı-qaralar” əlavə göstəricilərdə 2-cidir. Komanda növbəti turda ötən mövsümün çempionu “Rəvan”ı qəbul edəcək.
 
Keçirdiyi 6-ci oyunda da böyükhesablı qələbə qazanan U-17 komandası evdə “Bakı”nı 3 cavabsız qolla məğlub edib. 6 oyundan sonra 18 xalla yarışın lideri olan "Qəbələ" VII turda “Rəvan”ın qonağı olacaq. 5 turdan sonra 15 xalla çempionatın lideri olan U-16 komandası bu gün “Zirə”nin qonağı olacaq.
 
Ardıcıl 9-cu qələbəsini qazanan U-15 komandası XI turda “Qarabağ”ı 3:0 hesabı ilə məğlub edib. İki oyunu təxirə salınan “Qəbələ” 9 matçda topladığı 27 xalla 2-ci pillədə qərarlaşıb. Yarışın potensial lideri olan komanda növbəti turda “Gəncə TİM”in qonağı olacaq.
 
Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 komandası AZAL-la qarşılaşmada 16:0 hesabı ilə qalib gəlib. “Qırmızı-qaralar” 5 oyundan sonra 13 xalla 1-ci pillədə qərarlaşıb. Komanda növbəti turda “Neftçi” ilə görüşəcək. Eyni zonada çıxış edən U-13 “İnter”lə görüşdə 1 xal qazanıb – 1:1. 5 oyunda 11 xal yığan komanda 4-cü pillədə qərarlaşıb. VI turda “Qəbələ” “Əlincə” ilə üz-üzə gələcək.
 
U-12, U-11 və U-10 komandalarının çıxış etdiyi Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında V turun oyunları keçirilib. Bu turda istirahət edən U-12 komandası 4 oyunda 10 xal toplayaraq 2-ci yerdə qərarlaşıb. Komanda növbəti turda Oğuzun UGİM-ini sınağa çəkəcək. U-11 Liqasında 4-cü qələbəsini qazanan “qırmızı-qaralar” bu dəfə Qəbələnin UGİM-ini məğlub edib – 7:4. 12 xalla çempionatının lideri olan komanda növbəti turda “Daşqın”la görüşəcək. Klubun U-10 komandası Mingəçevir UGİM-ini 4 cavabsız qolla keçib. 5 matçda 15 xal qazanan “qırmızı qaralar” yarışın lideridir. Komandanın növbəti rəqibi Yevlax UGİM-i olacaq. U-19 Qızlar Liqasında debüt mövsümünü keçirən “Qəbələ” 4-cü oyununu “Vətən”-ə qarşı keçirib. 1:6 hesabı ilə uduzan “qırmızı-qaralar” 3 xalla 5-ci pillədə qərarlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail