"Kikboksinq artıq ölkəmizdə idmanın populyar növləri arasındadır"

12.11.2015 | 2772 dəfə oxunub

Kikboksçularımızın beynəlxalq yarışlarda qazandıqları uğurlar Azərbaycanın idman şöhrətinin təbliğinə öz töhfəsini verir. Onlar bu vəzifəni şərəflə yerinə yetirirlər. Azərbaycan Kikboksinq Federasiyasının uğurları bundan sonra da davam edəcək.

Stadium.az xəbər verir ki, bu fikri Azərbaycan Kikboksinq Federasiyasının peşəkarlar üzrə vitse-prezidenti Səbuhi Rəcəb yığma komandanın Belqradda keçirilən WAKO versiyası üzrə dünya çempionatında qazandığı uğurlarla bağlı fikirlərini bölüşərkən söyləyib.

Son illər ölkəmizdə idmana, o cümlədən kikboksinqə böyük marağın yarandığını vurğulayan S.Rəcəb deyib: “İdmançılarımızın beynəlxalq yarışlardakı nailiyyətləri Azərbaycanda qeyri-Olimpiya növü olan kikboksinqin inkişaf etdiyini bir daha göstərir. Kikboksinq artıq ölkəmizdə idmanın populyar növləri arasındadır. Keçirilən turnirlər, həmin yarışlara artan maraq da bunu təsdiqləyir. Yeni kikboksinq mərkəzlərinin açılışları idmanın bu növünün perspektivindən xəbər verir. Bu, həm də gənclər arasında idmana, eləcə də kikboksinqə marağı daha da artırır. İdman mərkəzlərimizdə yüzlərlə gənc kikboksinqin sirlərini öyrənir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail