Platini FİFA-nın prezident seçkilərinə buraxılmadı

12.11.2015 | 2220 dəfə oxunub

FİFA prezident seçkisində iştirak edəcək namizədlərin yekun və yeni siyahisini ictimaiyyətə açıqlayıb.

Stadium.az xəbər verir ki, siyahıda beş namizədin adı yer alır. Ali futbol qurumunun siyahısına bu posta favorit namizəd sayılan UEFA prezidenti Mişel Platininin adı salınmayıb.

Xatirladaq ki, oktyabrın əvvəlində Platini FİFA prezidenti Yozef Blatterdən qanunsuz iki milyon İsveçrə frankı alması şübhəsi ilə müvəqqəti tutduğu vəzifədən kənarlaşdırılıb. Analoji cəza FİFA-ya 1998-ci ildən rəhbərlik edən Yozef Blatterə də şamil edilib. Eyni zamanda, seçki komissiyasının qərarı ilə Liberiya Futbol Assosiyasiyasının prezidenti Musa Hassan Bilitinin də namizədliyinə qadağa qoyulub. Hazirda 2016-cı ilin fevralın 26-da baş tutacaq seçkidə prezidentliyə namizəd olan şəxslər burlardır: İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn, Asiya Futbol Konfederasiyasının rəhbəri Şeyx Salman bin İbrahim Əl-Həlifə, FİFA-nın sabiq baş katibi Jerom Şampan, UEFA-nın baş katibi Canni İnfantino və iş adamı Tokio Seksvale.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail