Sadıq Sadıqov təltif olundu- FOTO

12.11.2015 | 2620 dəfə oxunub

Azərbaycan Milli Paralimpiya Komitəsinin rəsmiləri - vitse-prezident Şaiq Həmidov və baş katib Afiq Süleymanov "Neftçi İdman Klubu” İctimai Birliyinin inzibati binasında klubun idarəetmə aparatının rəhbəri, Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Sadıq Sadıqovun 50 illik yubileyini təbrik ediblər.

Stadium.az xəbər verir ki, əvvəlcə Şaiq Həmidov çıxış edərək onu 50 illik yubileyi münasibətilə təmsil etdiyi komitənin kollektivi adından təbrik edib. Sadıq Sadıqovun uzun illər Azərbaycan idmanına, eləcə də Paralimpiya Hərəkatına göstərdiyi xidmətdən söhbət açan Şaiq Həmidov onun fəaliyyətini yüksək qiymətləndirib. Yubilyarın ömrünün böyük bir hissəsinin “Neftçi İdman Klubu” ilə bağlı olduğunu vurğulayan natiq onun idmandakı xidmətlərinə görə, ölkə başçısı tərəfindən fəxri ad və medalla təltif olunduğunu qeyd edib.

Sonra Afiq Süleymanov və digər çıxışçılar da yubilyara ən xoş arzularını çatdırıb, haqqında dəyərli fikirlər səsləndiriblər.

Şaiq Həmidov Sadıq Sadıqovun Azərbaycan Paralimpiya Hərəkatının inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə, Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən “Paralimpiya medalı” ilə təltif edib.

Tədbirin sonunda Sadıq Sadıqov ona göstərdikləri diqqətə görə, Paralimpiya Komitəsinin rəhbərliyinə dərin minnətdarlığını bildirib və təltif olunduğu mükafatın onun üçün çox qiymətli olduğunu söyləyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail