“Düzgün idarəçiliyin olmaması “Neftçi”ni bu vəziyyətə salıb”

11.11.2015 | 5184 dəfə oxunub

Bakı “İnter”inin hücumçusu Rauf Əliyevin müsahibəsi



- Zədənlə bağlı Almaniyada əməliyyat olundun. Durumun necədir?

- Əməlliyat yaxşı keçdi. On gündür ki, Bakıdayam. Hələ ki, ancaq müalicə ilə məşğulam.

- Nə vaxt sıraya dönə bilərsən?

- Adətən belə zədənin sağalmağı üçün 5-6 ay vaxt lazım olur. Ən yaxşı halda 5 ay futbol oynaya bilməyəcəm. Müalicənin gedişatından da çox şey asılıdır. Gələn ilim mart ayında yəqin ki, sıraya dönə bilərəm.

- Uzun müddətdir ki, meydana çıxa bilmirsən. Çempionatımız necə görünür kənardan?

- Əlbəttə ki, əvvəlki illərə baxanda indi çempionatda bir o qədər də maraq yoxdur. Klubların maddi vəziyyəti ilə əlaqədar intiriqa azalıb. Əvvəl “Bakı”, “Xəzər Lənkəran” “Neftçi” kimi klublar da çempionluq üçün yarışırdısa, indi onları görmürük. Hazırda çempionluğa ən real namizəd “Qarabağ” və “Qəbələ”dir.  “Qəbələ”nin də qeyri-stabil çıxışını nəzərə alsaq, “Qarabağ”ın çempionluğa şəriksiz namizəd olduğunu deyə bilərik. Bu səbəbdən çempionatın o qədər də marağı yoxdur.

- Sürpriz komandalar da var.

- Bəli, “Kəpəz” və “Zirə” yaxşı çıxış edir. Ancaq onlar da ən yaxşı halda avrokuboklar üçün mübarizə apara bilər.

Son günlər ən çox müzakirə olunan məsələlərdən biri “Neftçi”nin acınacaqlı vəziyyətə düşməsidir. Bir vaxtlar çıxış etdiyin komandanın durumu haqda nə deyə bilərsən?

- Həqiqətən də “Neftçi”nin durumu acınacaqlıdır. Yəqin ki, klubda düzgün iş aparılmadğı üçün komanda bu günə düşüb. Əlbəttə, “Neftçi” kimi klubun bu durumu heç kimə xoş deyil. Məncə, klub idarəçiliyində olan problemlərə görə bu vəziyyət yaranıb.
 
- Futbol ictimaiyyəti “Neftçi”ni düzgün transfer siyasəti aparmamaqda qınayır. Demək olarmı Rauf Əliyev də bu siyasətin qurbanı oldu? Yəni bir çox təcrübəli futbolçularla yanaşı sən də “Neftçi”dən göndərildin.

- Özüm haqda danışmaq istəməzdim. Ancaq birdən-birə xeyli futbolçunun göndərilməsi komandanın ziyanına oldu. Əslində heyətdə gənclərlə yanaşı təcrübəli futbolçular da olmalıdır. “Neftçi” bütün təcrübəli futbolçuları komandadan göndərdi. Təbii ki, belə olan halda avrokuboklar üçün üçün mübarizə aparmaq çətin məsələdir. İndiki halda baş məşqçi və futbolçularda günah görmək düzgün olmaz. Samir Əliyevi hər birimiz tanıyırıq. Əlində olan futbolçularla bundan artığını edə bilməz.

- Dekabrda “İnter”lə müqavilən başa çatacaq. Zədə səbəbindən digər klublara keçidin asan olmayacaq. “İnter”də qalmaq fikrin var?

- Bu barədə nə fikirləşmişəm, nə də kimləsə danışmışam. İndi ancaq zədəmin müalicəsi ilə məşğulam. Hələ dekabra çox var, yaxşı olar. qol.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail