“Belə oyunla qrupdan çıxmaq çətindir"

11.11.2015 | 2761 dəfə oxunub

“Çox pis oynadıq. Hesab da bunu deyir. İlk yarıda hesab açılmasa da, rəqibin 2-3 qol şansı var idi. Komandamın oyun nizam-intizamı məni narahat edir”.

Stadium.az xəbər verir ki, bu sözləri U-19 millimizin baş məşqçisi Nazim Süleymanov Avropa çempionatının seçmə mərhələsində Ukraynaya 0:4 hesabı ilə uduzduqları görüşdən sonra deyib.

Təcrübəli mütəxəssis bildirib ki, komandası bu oyunla mərhələ adlaya bilməz: “Belə oyunla qrupdan çıxmaq çətindir. Amma bu, 3 oyunluq turnirdir. Qarşıda hələ 2 matçımız var. Tələsmək lazm deyil. Bu gün buraxdığımız qolları gördünüz. İkinci hissədə oyun nizam-intizamını əldən verdik. Arxaya çox oynayırlar. Futbolu geriyə yox, irəliyə oynamaq lazımdır. Meydana 2 dayaq yarmmüdafiəçisi buraxmışıq, onlar da gəlir müdafiəçilərin yanına. Biz tapşırığı veririksə, futbolçu bunu yerinə yetirməlidir. Futbolçunun fikri meydanda olmalıdır, başqa yerdə yox. Futbol ağıl oyunudur. Kim ağıllıdırsa, o da yaxşı oynayır”.

N.Süleymanov hücumçu problemi yaşadıqlarını bildirib: 
“Hücumçularımızdan İlkin Sadıqov zədəlidir, Qara Qarayev də həmçinin. Futbolçu peşəkar olmalıdır. Seçmə mərhələyə 1 il ərzində hazırlaşmaq lazımdır. Bəzi oyunçular daxildən buna hazır deyillər. Qara Qarayev “Malaqa”da oynayır. Amma həftədə cəmi 2 dəfə məşq edir. Bura gəlib, deyir ki ayağım ağrıyır, çıxır məşqə zədələnir”.

Nazim Süleymanov yenilgiyə görə azarkeşlərdən üzr istəyib: “Öz adımdan, komandamın adından futbolsevərlərdən üzr istəyirəm. Uduzmaq olar. Sadəcə, mübarizə aparmaq lazımdım. Futbol sərt oyundur”.

Futbolxeber.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail