Azərbaycan cüdoçuları Afrikada daha 3 medal qazandılar

10.11.2015 | 2407 dəfə oxunub

Port-Lui şəhərində keçirilən Afrika açıq çempionatının ikinci günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.

Stadium.az xəbər verir ki, çempionatın ikinci günündə idmançılarımız aktivinə daha 3 bürünc medal yazdırıb. 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Əbdülhəqq Rəsullu Qətər nümayəndəsi Usama Xadcamaya qalib gəlib. Dörddəbir finalda Monteneqro təmsilçisi Sırcan Mravleviçə məğlub olan idmançımız təsəlliverici mübarizəyə qoşulub. Ə.Rəsullu bu mərhələdə ilk olaraq Qabonlu Pol Kibikaini məğlub edib. Daha sonra Marko Bubanyaya qalib gələn cüdoçumuz bürünc medala sahib çıxıb.

Doxsan kiloqram çəki dərəcəsində mübarizəyə qoşulan idmançımız Məmmədəli Mehdiyev də bürünc medal qazanıb. İdmançımız çilili Tomas Briseno və mərakeşli İmad Abdullauini məğlub edərək yarımfinala çıxıb. O, yarımfinalda Əlcəzair cüdoçusu Adberəhman Benamadiyə uduzub, lakin üçüncü yer uğrunda mübarizədə britaniyalı Endryu Berns üzərində qələbə qazanmağa nail olub.

Daha bir cüdoçumuz da uğurlu nəticəyə imza atıb. Belə ki, ağır çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri bürünc medal qazanıb. İtaliyalı cüdoçu Alessio Maskettini məğlub edən idmançımız avstriyalı Daniel Allerstorferiyə qalib gələrək yarımfinala çıxıb. Lakin U.Kokauri də bu mərhələdə əlcəzairli idmançı Amin Tayebə məğlub olaraq üçüncü yer uğrunda mübarizəyə qoşulub. Bürünc medal uğrunda qarşılaşmada o, Tacikistan cüdoçusu Məhəmmədmurad Əbdülrəhmanova qalib gəlib.

Bununla da Azərbaycanın cüdo üzrə milli komandasının aktivindəki medalların sayı dördə çatıb.

Qeyd edək ki, çempionatın ilk günüdə 48 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Ayşə Qurbanlı da bürünc medala sahib çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail