Ifran İsmayılov Foqtsdan nəyi umur?

03.10.2011 | 5631 dəfə oxunub

"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılovun müsahibəsi:

Əfran, zədən indi necədi?
- Şükür Allaha, hər şey yaxşıya doğru dəyişir. Hələlik məşqlərdə iştirak etməsəm də, özümü yaxşı hiss edirəm. Ayağımda heç bir ağrı yoxdu. Tezliklə oynaya biləcəyimi düşünürəm.
Flavinyonun açıqlaması ilə tanışsan?
- Xeyr. Nə deyib ki?
O, növbəti dəfə zədələnəcəyi təqdirdə Azərbaycan tərk edəcəyini deyib. 
- Mən onun açıqlamasına bir söz deyə bilmərəm. Bu, onun öz fikridi.
Ötən il sən də ağır zədə almışdın. Bəs sən niyə Azərbaycanı tərk etmək fikrinə düşməmişdin?
- Çünki mən Azərbaycanı sevirəm.
Flavinyo pulu sevir?
- Mən bu məsələyə qarışmaq istəmirəm. O, nə deyib, özü bilər.
Verdiyin müsahibədə «niyə legionerlərə üstünlük verən klublar Avropa kuboklarında mərhələ adlaya bilmədilər» demişdin. Belə çıxır ki, bizə minnət vururlar…
- Qoy, bu suala Flavinyo cavab versin.
Əvvəllər səninlə «Qarabağ»da çıxış etmiş Elnur Allahverdiyev isə «Əfran dünənki uşaqdı, Azərbaycan futbolu üçün heç nə etməyib» deyib. Bu sözlərə münasibətin necədi?
- Mən bu mövzuda danışmaq istəmirəm. Elnurla özüm danışacam. Eybi yoxdu, qoy desin, problem deyil.
Deyəsən, Elnur səni ağır zədələmək istəyirdi...
- Elnur kobud oynayırdı. Bu, onun öz işidi. Belə oynayır da, nə etmək olar.
Millimizi qarşıda seçmə mərhələnin son oyunları gözləyir. Heyətə dəvət ala biləcəksən?
- İnşallah, dəvət alaram. Çox istərdim ki, yığmanın heyətində olum. Berti Foqtsun Avstriya və Türkiyə komandaları ilə mənə güvənəcəyinə ümid edirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail