Azərbaycan kuboku uğrunda yarışlar başa çatıb

07.11.2015 | 2836 dəfə oxunub

Noyabrın 6-da “Şüa” İdman-Sağlamlıq Kompleksində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) birgə təşkilatçılığı ilə gənclər və yeniyetmələr arasında stolüstü tennis üzrə Azərbaycan kuboku uğrunda yarışlara yekun vurulub.

ASTF-dən bildiriblər ki, turnirin bağlanışında çıxış edən Federasiyanın vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmanın inkişafına böyük diqqət və qayğı göstərildiyini, beynəlxalq standartlara cavab verən idman və sağlamlıq infrastrukturunun yaradıldığını, Azərbaycanın ən nüfuzlu idman tədbirlərinin keçirildiyi məkana çevrildiyini qeyd edib. F.Məmmədov son illər idmanın stolüstü tennisin növünün inkişafı, keçirilən turnirlər, idmançılarımızın qazandığı uğurlar barədə məlumat verib, gənclər və yeniyetmələr arasında stolüstü tennis üzrə Azərbaycan kuboku yarışlarının iştirakçılarını təbrik edib.

Yarışda Bakının Tennis İdman Məktəbi, “Lokomotiv” idman-sağlamlıq mərkəzi, “Neftçi" İdman Klubu, “Təhsil” İdman Mərkəzi, “Qarabağ- NN stolüstü tennis idman klubu” və eləcə də Sumqayıt, Balakən, Salyan, Şəki, Şirvan, Şabran, Gədəbəy və Gəncə şəhərlərinin komandaları mübarizə aparıb. Turnir həm şəxsi, həm də komanda formatında beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilib.

Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, Stolüstü Tennis Federasiyasının kubok və mükafatları təqdim olunub. Onlar 2016-cı ilin iyulunda Zaqrebdə keçiriləcək gənclər arasında Avropa çempionatında yığma komandanın tərkibinə daxil ediləcək. azertac



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail