"Bu nəticələr rəqibimizi ciddiyə almağın vacibliyindən xəbər verir"

06.11.2015 | 2772 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Kəpəz” Bakıda AZAL-la üz-üzə gələcək.

 

Stadium.az xəbər verir ki, noyabrın 7-də keçiriləcək oyun öncəsi “sarı-göylər”in futbolçusu Şəhriyar Rəhimov klub saytına açıqlama verib.

Müdafiəçi AZAL-la oyunun hazırlığından danışıb: “Bütün oyunlara necə hazırlaşırıqsa, AZAL-a qarşı görüşə də o cür məşq edirik. Komandada əhval-ruhiyyə yaxşıdır. Ciddi hazırlıq gedir, məşqçilər tərəfindən verilən bütün göstərişləri yerinə yetirməyə çalışırıq. Hamı başa düşür ki, AZAL-la oyun çox çətin olacaq”.

Rəhimov “Kəpəz”in mövsümlərarası fasilədə heyətinə cəlb etdiyi futbolçulardandır. O, Gəncə klubuna AZAL-dan keçib: “Qarşıdakı rəqibimiz son vaxtlar yaxşı nəticələr qazanır. Səfərdə Qəbələ klubu ilə heç-heçə oynayıb, evdə “Neftçi”ni udub. Bu nəticələr rəqibimizi ciddiyə almağın vacibliyindən xəbər verir. Bizdə “Qəbələ” ilə ağır səfər oyunundan sonra uğurlu seriyamızı davam etdirmək istəyirik. Çalışacağıq ki, var gücümüzü meydanda qoyub qələbə qazanaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail