"Bakı IV İslam Həmrəylik Oyunlarını keçirməyə tam hazırdır"

04.11.2015 | 2572 dəfə oxunub

İslam Həmrəylik İdman Federasiyasının IX Baş Assambleyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan qonaqlar Bakının IV İslam Həmrəylik Oyunlarını yüksək səviyyədə keçirmək üçün tam hazır olduğunu bildiriblər.

Stadium.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və İslam Həmrəylik İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə noyabrın 4-də jurnalistlərə müsahibəsində bildirib.

Ç.Hüseynzadə deyib: “Bilirsiniz ki, Baş Assambleya IV İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsi haqqında qərarı iki il əvvəl qəbul edib. İslam Həmrəylik İdman Federasiyasının IX Baş Assambleyasını Bakıda keçirməkdə məqsədimiz İslam ölkələrindən nümayəndələrin Bakının bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etməsi üçün həyata keçirilən hazırlıq işləri ilə tanış olmalarıdır”.

MOK-un vitse-prezidenti vurğulayıb ki, qonaqlar Bakı ilə bağlı xoş təəssüratlarını diqqətə çatdırıb, hazırlıq işlərindən razı qalıblar. Dünən Federasiyanın İcraiyyə Komitəsinin iclasında yarışların cədvəli tərtib olundu, Oyunların vaxtı müəyyənləşdirildi. Dördüncü İslam Həmrəyliyi Oyunları 2017-ci il mayın 12-dən 22-dək keçiriləcək. Qonaqlar Oyunların keçiriləcəyi idman arenalarında yaradılan şəraitlə də tanış olacaqlar.

“Hesab edirəm ki, Baş Assambleya öz işini uğurla başa çatdırdı. Bizim vəzifəmiz bundan sonra IV İslam Həmrəylik Oyunlarına ciddi hazırlaşmaq və onu birinci Avropa Oyunları kimi yüksək səviyyədə keçirməkdir”, - deyə Ç.Hüseynzadə bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail