“Biz məşqçini elə indi almaq üçün 50 milyon avro təklif etdik"

04.11.2015 | 2332 dəfə oxunub

Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Monako” “Çelsi”nin baş məşqçisi Joze Mourinyo üçün fantastik təklif irəli sürüb.

 

Stadium.az xəbər verir ki, “Monako” portuqaliyalı mütəxəssisin müqaviləsini almaq üçün “Çelsi”yə 50 milyon avro təklif edib. Bu barədə məlumatı klubun səhmdarı Alessandro Proto verib. O, bu məsələ ilə bağlı “Çelsi”nin sahibi Roman Abramoviçlə görüşüb:

“Biz məşqçini elə indi almaq üçün 50 milyon avro təklif etdik. Ancaq bizdən 100 milyon avro istədilər. Bu isə olduqca böyük məbləğdi. “Monako” bu qədər pul təklif edə bilməz”.

Proto bildirib ki, Mourinyo üçün tələb olunan vəsaiti ödəyə biləcək investor axtarışına başlayıblar. O, portuqaliyalının dünyanın ən yaxşı məşqçisi olduğunu deyib.

Xatırladaq ki, hazırda Mourinyonun rəhbərlik etdiyi “Çelsi” tarixində ən pis mövsümlərindən birini keçirir. Premyer Liqada 11 turdan sonra 11 xalla 15-ci pillədə yer alan “Zadəganlar”ın Çempionlar Liqasında da vəziyyəti ürəkaçan deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail