"Cavab oyunu üçün taktika seçməmişik"- Dodo

03.11.2015 | 3633 dəfə oxunub

Səfərdə "Borusiya" ilə qarşılaşacaq "Qəbələ"nin kapitanı Dodo Almaniyaya yola düşməzdən əvvəl Qəbələ Beynəlxalq Hava Limanın jurnalistlərin suallarını cavablandırıb.

Stadium.az xəbər verir ki, bunu "qırmızı-qara"ların kapitanı Dodo açıqlamasında bildirib:

"Biz bu oyuna qələbə qazanmaq üçün çıxacağıq. Baxmayaraq ki, rəqib çox güclüdü, amma belə məsələlər bizi məqsədimizdən yayındıra bilməz. Rəqibin dəfələrlə ÇL-da çıxış etməsi artıq hər şeydən xəbər verir. Bakıda vurduğumuz qol bir qədər gec oldu. Məncə, bir qədər tez fərqlənsəydik, bəlkə də başqa hesab qeydə ala bilinərdi. İstərdim ki, Almaniyada da daha tez fərqlənək. Necə ki, "Xəzər Lənkəran"la oyunda 8-ci saniyədə hesabı açdıq. Biz Bakıdakı ilk oyunda hücum futbolu oynadıq. Amma cavab oyunu üçün taktika seçməmişik. Baş məşqçi ilə rəqibi analiz edib, bəzi zəif nöqtələrini müəyyən etmişik. Amma hücumdan ya müdafiədən oynayacağımızı deyə bilmərəm. Bunu bu gün və ya sabah  dəqiqləşdirəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail