Baş Assambleyasında iştirak edəcək qonaqlar Bakıya gəliblər

03.11.2015 | 2834 dəfə oxunub

Xəbər verdiyimiz kimi, noyabrın 4-də Bakıda İslam Həmrəylik İdman Federasiyasının (ISSF) IX Baş Assambleyası keçiriləcək.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, İndoneziya, Komor, Seneqal, Syerra-Leone, Misir, Kamerun və Türkiyədən nümayəndə heyətləri Assambleyada iştirak etmək üçün artıq Azərbaycana gəliblər.

Tədbirdə Səudiyyə Ərəbistan Krallığının Milli Olimpiya Komitəsinin fəxri baş katibi şahzadə Abdulhakim Bin Mosaad Bin Abdulaziz Al Saud, İcraiyyə Komitəsinin və Əlaqələndirmə Komissiyasının üzvləri, Milli Olimpiya komitələrinin prezidentləri, baş katibləri və digər qonaqların iştirakı edəcəklər.

Assambleyada Azərbaycanı IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin üzvləri, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin və İSSF-nin vitse-prezidenti Çingiz Hüseynzadə, Federasiyanın İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva və digər rəsmi nümayəndələr təmsil edəcəklər.

Qonaqlar IV İslam Həmrəylik Oyunlarının keçiriləcəyi idman obyektlərində yaradılan şəraitlə də tanış olacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail