Millimizin baş məşqçisi: “Zədələr olmasaydı...”

03.11.2015 | 2352 dəfə oxunub

Boks üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Nəriman Abdullayev 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmış və qazanacaq idmançılardan danışıb.

 

Stadium.az xəbər verir ki, açıqlama verən böyük məşqçi növbəti yarışlarda lisenziyaların sayının artacağını deyib:

 

“Bilirsiniz ki, bu yaxınlarda Dohada keçirilən dünya çempionatında Elvin Məmişzadə (52 kq) qızıl, Albert Səlimov (60 kq) gümüş, Pərviz Bağırovla (69 kq) Abdulqadir Abdullayev (91 kq) bürünc medal qazandı. Olimpiya oyunlarına lisenziya xarakteri daşıyan bu turnirdə şəxsən məni yaxşı tərəfdən təəccübləndirən idmançılarımız oldu. Yay Olimpiya Oyunlarında iştirak edəcək boksçularımızın sayı dünya çempionatında iştirakdan sonra 3-ə çatıb. Bu da çox sevindirici haldır. Təbii ki, zədələr olmasaydı, lisenziyaların sayı da çox  olardı. Olimpiya mükafatçımız Məhəmmədrəsul Məcidov (+91 kq) da lisenziya təmin edə bilərdi. Lakin Məcidov və Xaybulla Musalov (75 kq) zədə səbəbindən dünya çempionatında iştirak edə bilmədilər.

Digər olimpiya mükafatçımız Teymur Məmmədovun (81 kq)  ilk görüşdə məğlub olması gözlənilməz oldu. Amma inanıram ki, qarşıdakı yarışlarda o da öz sözünü deyib lisenziyanı təmin edəcək.

 

O ki, qaldı lisenziyanı təmin edənlərə, Elvin Məmişzadə sürətli döyüşür, universal boksçudur. O, həm qızıl medal qazandı, həm lisenziyanı təmin etdi, həm də Azərbaycanın boks üzrə dördüncü dünya çempionu kimi tanındı. Albert Səlimov da güclü idmançımızdır. O da qızıl medal qazana bilərdi. Amma finalda ilk raundda zədələndi – alnı yaralandı və qanaxma oldu. Hakimlərin birgə rəyi ilə rəqib - kubalı boksçu qalib elan edildi. Düşünürəm ki, həm üstün idik, həm də qələbə bizə verilməli idi. Müəyyən anlaşılmazlıqlar oldu. Amma şükür ki, lisenziyanı o da təmin etdi. Pərviz Bağırov da bizim yaxşı idmançılarımızdandır. Texnikası güclü idmançıdır. Bürünc medalı təmin etmişdi və növbəti lisenziya məhz onun sayəsində qazanıldı. Ümid edirəm lisenziyaların sayını daha da artıracağıq. Qarşıda bizi yarışlar gözləyir”.

 

Xatırladaq ki, Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatında komandamız 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olub. Ancaq idmançılarımız Riodakı olimpiadaya hələ ki, 3 vəsiqə qazanıblar. publika.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail