“Bizi “Qəbələ”ylə vacib oyun gözləyir”

03.11.2015 | 3000 dəfə oxunub

Almaniya Bundesliqasının 11-ci turunda səfərdə "Verder"i 3:1 hesabıyla məğlub edərək 2-ci pillədə möhkəmlənən Dortmund "Borussiya"sının baş məşqçisi Tomas Tuxel klubun rəsmi saytına danışıb.

 

Stadium.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibinin çalışdırıcısı ilk öncə Bremendəki oyun barədə fikirlərini bildirib:

 

"İlk hissə bizim üçün çətin keçdi. Əsasən, "Verder"in əks-hücumları bizim üçün təhlükəli idi. Birinci hissənin son dəqiqəsi dönüm nöqtəsi oldu. Komandamın ikinci hissədə sərgilədiyi oyundan isə çox razı qaldım".

Tuxel həftəsonu baş tutacaq "Şalke"ylə qarşı Rur derbisi barədə danışarkən, Avropa Liqasının qrup mərhələsinin "Qəbələ"ylə ev oyununa da toxunub:

"Şalke"ylə oyundan öncə bizi Avropa Liqasında "Qəbələ"ylə vacib oyun gözləyir. Növbəti mərhələyə vəsiqə baxımından bu oyunun bizim üçün böyük əhəmiyyəti var. Bu oyundan sonra "Şalke"ylə oyun barədə düşünə bilərik".

“Borussiya” "Qəbələ"ylə oyuna iki itkiylə çıxacaq. Dortmundluların zədəliləri Nuri Şahin və Erik Durmdur. Nuri Şahin yüngül məşqlərlə kifayətlənsə də, onun “Qəbələ”ylə qarşılaşmada forma geyinməyəcəyi dəqiqdir.

"Borussiya" - "Qəbələ" oyunu noyabrın 5-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail