Çempionlar liqası: Gecənin oyunları

03.11.2015 | 3358 dəfə oxunub

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin IV turuna start veriləcək.A, B, C və D qruplarında yer alan komandalar növbəti oyunlarına çıxacaqlar.

 

A qrupunun liderləri “Real” və PSJ münasibətlərinə aydınlıq gətirəcəklər. Hər iki komandanın aktivində 7 xal olduğundan, bu qarşılaşma bir növ liderin müəyyənləşməsi baxımından önəmlidi. Qaret Beyl, Kərim Benzema kimi aparıcı futbolçulardan məhrum olan İspaniya klubunun işi heç də asan olmayacaq.

 

Hələ də xal üzünə həsrət qalan “Şaxtyor” İsveçdə məğlub olduğu “Malmö”dən bu dəfə revanşı almağa çalışacaq. Donetsk klubu növbəti dəfə uduzarsa, qrup 3-cülüyünə iddiasını da itirmiş olacaq. Əgər bu matçda "Şaxtyor" qələbə qazansa, "Real" - PSJ görüşünün qalibi 1/8 finala vəsiqəni rəsmiləşdirəcək.

 

B qrupunun lideri “Volfsburq” 3 xalla sonuncu sırada qərarlaşmış PSV-nin qonağı olacaq. “Mançester Yunayted” isə Moskva MOİK-ni qəbul edəcək. İngilislər öz meydançalarında qələbə qazana bilməsələr, işləri xeyli çətinə düşəcək.

 

C qrupunda da liderlə sonuncu pillədəki komandalar qarşılaşacaqlar. “Atletiko” “Astana” səfərinə yollanacaq. Qrup üçüncüsü “Qalatasaray” isə “Benfika”nın qonağı olacaq. Portuqaliyada məğlubiyyət "cim-bom"un ilk iki yerdən birini tutmaq şansını möcüzəyə ata bilər.

 

D qrupunda “Yuventus” Mönhenqladbax “Borussiya”sı ilə cavab görüşünə çıxacaq. “Mançester Siti” isə İspaniyada “Sevilya" ilə üz-üzə gələcək. "Yuventus" və "Mançester Siti" bu gün qalib gələrsə, hər iki komanda növbəti mərhələyə vəsiqəni təmin edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail